Modern.az

Türkiyə yeni Konstitusiya ərəfəsindədir

Türkiyə yeni Konstitusiya ərəfəsindədir

Aktual

16 May 2026, 17:07

Türkiyə konstitusiya islahatları ərəfəsindədir

Modern.az yerli mediaya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin gələcək inkişafı üçün yeni Konstitusiyanın qəbulunun vacibliyini vurğulayıb.

Türkiyə lideri jurnalistlərlə söhbətində bildirib ki, 1982-ci ildə qəbul edilən hazırkı Konstitusiya edilən dəyişikliklərə baxmayaraq artıq köhnəlib və müasir reallıqlara cavab vermir.

“Yeni Konstitusiya artıq lüks deyil, ehtiyac, hətta zərurətdir”, – deyə Ərdoğan qeyd edib.

Prezident həmçinin bildirib ki, hazırlıq mərhələsi artıq başa çatıb və cəmiyyətin əsas tələbləri müəyyənləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir