Modern.az

UN-Habitat: Dayanıqlı urbanizasiya üçün əməkdaşlıq gücləndirilməlidir

UN-Habitat: Dayanıqlı urbanizasiya üçün əməkdaşlıq gücləndirilməlidir

Aktual

Bu gün, 18:07

Bugünkü müzakirələr bir daha göstərdi ki, Yeni Şəhər Gündəliyi əvvəlki kimi aktuallığını qoruyur.

Modern.az xəbər verir ki, bunu UN-Habitatın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində təşkil olunan “Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü - Bağlanış Sessiyası”nda bildirib.

O qeyd ki, Yeni Şəhər Gündəliyinin qəbulundan 10 il keçməsinə baxmayaraq, sənəd bərabərsizlik, qeyri-kafi mənzil təminatı, qeyri-formal məskunlaşma, iqlim riskləri, infrastruktur çatışmazlıqları, məcburi köçürülmə, eləcə də daha inklüziv, məhsuldar və dayanıqlı şəhər inkişafına ehtiyac kimi çağırışların həlli üçün ortaq çərçivə təqdim etməyə davam edir.

R.Tuts əlavə edib ki, bugünkü müzakirələr növbəti onilliyin məhz icra mərhələsi ilə xarakterizə olunmalı olduğunu da ortaya qoyub:

“Biz adekvat mənzil məsələsinin dayanıqlı şəhər inkişafının mərkəzində dayanmasının vacibliyi ilə bağlı mühüm mesajlar eşitdik. Mənzilin torpaq, əsas xidmətlər, nəqliyyat, məşğulluq, ictimai məkanlar, maliyyələşmə və iqlim fəaliyyəti ilə əlaqələndirilməsinin əhəmiyyəti nzəərə çatdırıldı”.

UN-Habitat rəsmisi vurğulayıb ki, nəticələrin əldə olunması güclü çoxtərəfli idarəetmə, müxtəlif səviyyəli idarəçilik, proqnozlaşdırılan maliyyələşmə, yerli potensial, tərəfdaşlıqlar və daha keyfiyyətli məlumat bazasından asılıdır.

Onun sözlərinə görə, bu mesajlar həm vaxtında səsləndirilən, həm də mühüm əhəmiyyət daşıyan çağırışlardır:

“Nazirlərin birgə görüşü təcrid olunmuş tədbir deyil. Bu, Bakıdan Nyu-Yorka aparan yolun, Ümumdünya Şəhərsalma Forumundan isə iyul ayında keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinin orta müddətli icmalına həsr olunmuş yüksək səviyyəli toplantısına gedən prosesin bir hissəsidir”, - deyə R.Tuts bildirib.

O qeyd edib ki, bugünkü müzakirələr sədrin yekun sənədinin, WUF-un ümumi nəticələrinin və yüksək səviyyəli görüşə hazırlıq prosesinin formalaşmasına töhfə verəcək.

“Bu proses, eyni zamanda, Yeni Şəhər Gündəliyinin ikinci onilliyində tələb olunan miqyas və sürətlə nəticə əldə etmək üçün hansı dəyişikliklərin zəruri olduğunu daha aydın anlamağa imkan yaradacaq”.

R.Tuts əlavə edib ki, öhdəliklərin praktik fəaliyyətə çevrilməsi istiqamətində üzv dövlətlərə, yerli və regional hökumətlərə dəstək davam etdirilməlidir:

“Biz adekvat mənzil, torpaq və əsas xidmətlərlə bağlı həllərin genişləndirilməsinə yardım etməliyik. Qeyri-formal yaşayış məntəqələrinin transformasiyasını dəstəkləməliyik. Dayanıqlı urbanizasiyanın reallığa çevrilməsi üçün zəruri olan sübut bazasını, tərəfdaşlıqları və maliyyələşmə mexanizmlərini gücləndirməliyik”, - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?