Modern.az

Bələdiyyələr üçün yeni inklüzivlik modeli hazırlanır

Bələdiyyələr üçün yeni inklüzivlik modeli hazırlanır

Aktual

Bu gün, 16:17

BMT-nin Dünya Şəhərsalma Forumu çərçivəsində keçirilən “Əlçatanlıqdan kənar: hər kəs üçün adekvat mənzil hüququnun təmin edilməsi” mövzusunda dəyirmi masada inklüziv şəhərlərin qurulması məsələsi müzakirə olunub.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) əlçatanlıq siyasəti üzrə eksperti Federico Batista Poitier bildirib ki, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı beynəlxalq çərçivələrin yerli idarəetmə səviyyəsində tətbiqi əsas prioritetlərdən biridir.  

Onun sözlərinə görə, UCLG dünyada 250 mindən çox bələdiyyəni təmsil edir və əsas məqsəd qlobal gündəliyi yerli səviyyədə real nəticələrə çevirməkdir.

Federico Batista Poitier qeyd edib ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası əsas hüquqi çərçivə olsa da, əsas məsələ bələdiyyələrin bu prinsipləri gündəlik fəaliyyətlərində necə tətbiq etməsidir.

“Şəhərlərin göstərdiyi xidmətlər və proqramlar hər bir insanın istifadə hüququna malik olduğu sistemlərdir. Buna görə də Konvensiyanın prinsipləri yerli idarəetmədə konkret mexanizmlərə çevrilməlidir”, – deyə o bildirib.

O vurğulayıb ki, 2019-cu ildə yerli və regional hökumətlər üçün xüsusi təcrübə platforması yaradılıb. Məqsəd əlçatanlığın bələdiyyə idarəçiliyinin əsas hissəsinə çevrilməsidir.

Batista Poitier bildirib ki, bəzi şəhərlərdə əlilliyi olan şəxslərin təşkilatları idarəetmədə kifayət qədər iştirak edə bilmir və bu səbəbdən onların qərarvermə prosesinə cəlbi üzərində işlənilir.

O, həmçinin “Cities for All” qlobal kampaniyasının şəhərlərdə inklüzivlik və əlçatanlıq siyasətinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Federico Batista Poitier əlavə edib ki, hazırda Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi ilə yerli inklüzivlik gündəliyi üzrə universal təlimatlar hazırlanır.

Onun sözlərinə görə, bu sənəd yalnız bələdiyyələr tərəfindən deyil, əlilliyi olan şəxslərin təşkilatları, BMT qurumları və digər tərəfdaşlarla birlikdə hazırlanır.

“Əlçatanlıq bir səfərdir. Əlilliyi olan şəxslərin idarəetmədə iştirakı bir səfərdir. İnklüziv cəmiyyətlərin qurulması mərhələli prosesdir”, – deyə o vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı