Modern.az

Rusiya Şimali Koreya raketlərindən istifadə edir - Zelenski

Rusiya Şimali Koreya raketlərindən istifadə edir - Zelenski

Aktual

Bu gün, 16:14

Ukrayna və Rusiya gecə saatlarında qarşılıqlı zərbələri davam etdirib. Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın Ukraynaya hücumlarda Şimali Koreya istehsalı olan raketlərdən istifadə etdiyini bildirib.

Zelenskinin sözlərinə görə, Zaporojye şəhərinə endirilən və azı 6 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən zərbələr zamanı Rusiyanın müttəfiqi Şimali Koreyadan alınan ballistik raketlərdən istifadə olunub.

Modern.az xəbər verir ki, Zelenski yayımladığı videomüraciətində bildirib ki, Rusiya “Şimali Koreyanın dəstəyi olmadan müharibə apara bilmir”.

Ukrayna Prezidenti qeyd edib ki, Şimali Koreya istehsalı olan raket və hərbçilərin Ukraynada istifadəsi artdıqca, Pxenyan öz silahlarının çatışmazlıqlarını və zəif tərəflərini müəyyənləşdirərək onları təkmilləşdirmək imkanı əldə edir. Zelenski bunun təkcə Ukrayna deyil, bütün dünya üçün təhlükə yaratdığını vurğulayıb.

Zelenski həmçinin bazar ertəsi Ukrayna ordusunun Rusiyanın Qərbi Sibirdə yerləşən neft-kimya zavoduna həyata keçirdiyi hava hücumunu “çox mühüm nailiyyət” adlandırıb.

Ukrayna Prezidenti Rusiyaya və Rusiya xalqına sülhün zəruri olduğunu göstərmək məqsədilə Ukraynanın Rusiyanın dərinliklərinə yönəlmiş hücumlarının davam etdiriləcəyini bildirib.

“Ukraynanın daha çox uzaqmənzilli zərbələri həyata keçirilməlidir. Bu zərbələr Rusiyaya və Rusiya xalqına sülhün zəruri olduğunu nümayiş etdirməlidir”, – deyə Zelenski bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!