Modern.az

Naxçıvanla birləşmə hədəfinə çox yaxınıq - İlham Əliyev

Naxçıvanla birləşmə hədəfinə çox yaxınıq - İlham Əliyev

Aktual

Bu gün, 11:42

Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycana məxsus olub.

Modern.az xəbər verir ki,  bunu Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı verdiyi müsahibədə deyib.

Prezident qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə ayrılmaz tərkib hissəsi olan Naxçıvanı birləşdirmək uzun illərdir qarşıya qoyulan əsas hədəflərdən biridir.

“Zəngəzur dəhlizinin yaradılması, bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub”, - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu məqsədə doğru ardıcıl şəkildə irəliləyib və artıq hədəfin reallaşmasına çox yaxınlaşıb.

“Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”, - Prezident əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...