Modern.az

Həbsxanalarda 40 fələstinli jurnalist saxlanılır

Həbsxanalarda 40 fələstinli jurnalist saxlanılır

Aktual

Bu gün, 16:51

İsrail həbsxanalarında saxlanılan fələstinli jurnalistlərin sayı 40-a çatıb.


Modern.az Al-Jazeera-yə istinadən xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Cəmiyyəti məlumat yayıb.


Bildirilib ki, işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində jurnalist Məhəmməd Avadın bu səhər saxlanılmasından sonra İsrail həbsxanalarında olan fələstinli jurnalistlərin sayı 40-a yüksəlib. Fələstin Məhbuslar Cəmiyyəti qeyd edib ki, saxlanılan jurnalistlər arasında 5 qadın da var.


Məlumata görə, 2023-cü ilin oktyabrında Qəzzada müharibə başlamasından bu yana ümumilikdə 250-dən çox jurnalist saxlanılıb. Onların əksəriyyəti daha sonra azadlığa buraxılıb. Təşkilat həmçinin bildirib ki, müharibə başlayandan bəri 260-dan çox jurnalist öldürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...