Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun ölkəmizdəki dördillik diplomatik fəaliyyəti bu gün başa çatıb.
Modern.az xəbər verir ki, Avstriyanın Azərbaycandakı səfiri missiyasını bundan sonra Etyen Bertxold icra edəcək.
Onun avqustun sonunda Bakıya gələrək diplomatik missiyanın rəhbəri kimi fəaliyyətə başlaması gözlənilir. Berxtold bundan əvvəl 2022-ci ilin avqustundan Avstriyanın Birləşmiş Ərəb Əmirliklərində səfiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Tomas Şuller-Qötzburq 2022-ci ilin iyulundan Avstriyanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edib. Diplomat Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı ilə bağlı müxtəlif təşəbbüslərdə iştirak edib.
Şuller-Qötzburq diplomatik fəaliyyəti müddətində Azərbaycan mediasına da müsahibələr verib. O, sonuncu dəfə Modern.az-a geniş müsahibəsində Azərbaycan-Avstriya münasibətləri, regional proseslər, Avropanın Cənubi Qafqaz siyasəti və iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.