Modern.az

Həmkarlar ittifaqları üzvləri üçün növbəti tibbi aksiya keçirilib

Həmkarlar ittifaqları üzvləri üçün növbəti tibbi aksiya keçirilib

Aktual

20 Avqust 2026, 11:11

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Görməyə dəyər” sosial layihəsi çərçivəsində növbəti tibbi müayinə “Referans Medical Group”un tərəfdaşlığı ilə “Abşeron” sağlamlıq və istirahət mərkəzində təşkil olunub.

Modern.az xəbər verir ki, Həmkarlar İttifaqlarının mərkəzdə istirahət edən və müalicə kursu keçən 67 üzvünün həkim-oftalmoloq tərəfindən ödənişsiz göz müayinəsi aparılıb.

Müayinə zamanı görmə qabiliyyətində problem aşkarlanan şəxslərə həkimlər tərəfindən zəruri tibbi məsləhətlər verilib və müvafiq müalicə kursları təyin olunub.

Qeyd edək ki, vətəndaşların sağlamlığının qorunmasına və xəstəliklərin erkən aşkarlanmasına xidmət edən “Görməyə dəyər” sosial layihəsi çərçivəsində keçirilən tibbi müayinələr indiyədək 370-ə yaxın şəxsi əhatə edib.

15423441542346154234715423451542343

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib