Modern.az

Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib

Aktual

7 Sentyabr 2026, 13:24

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bərdə şəhərində Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edib.

Modern.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib