Modern.az

YAP Salyan rayon təşkilatının XI konfransı keçirilib - GÖRÜNTÜ

YAP Salyan rayon təşkilatının XI konfransı keçirilib - GÖRÜNTÜ

Aktual

Bu gün, 10:58

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının XI konfransı keçirilib.

Modern.az-ın məlumatına görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov hesabat məruzəsi ilə çıxış edib. O, təşkilatın hesabat dövründə gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb, təşkilati fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanın davamlı inkişafını təmin etdiyini bildirib. O, Vətən müharibəsində qazanılan tarixi Zəfər və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyinin tam bərpa olunmasının ölkənin gücünü və beynəlxalq nüfuzunu daha da artırdığını qeyd edib.

Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb və bu uğurlarda YAP-ın rolunu vurğulayıb.

Konfransda digər çıxış edənlər də YAP Salyan rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə toxunaraq, ərazi partiya təşkilatlarında görülən işləri və üzvlərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov partiyanın ictimai-siyasi və sosial-iqtisadi inkişafa verdiyi töhfələrdən danışıb. O, VII Qurultaydan sonra təşkilati işin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib.

Konfransda YAP Salyan rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və YAP-ın VIII Qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...