Modern.az

Sürücünün diqqətsizliyi piyada keçidində faciəyə səbəb olacaqdı

Sürücünün diqqətsizliyi piyada keçidində faciəyə səbəb olacaqdı

Aktual

10 Sentyabr 2026, 13:48

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə piyada keçidlərinə yaxınlaşarkən yol hərəkəti qaydalarına ciddi əməl etmələri ilə bağlı xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, NİİM-dən sürücülər piyada keçidlərinə yaxınlaşdıqda ilk növbədə müvafiq yol nişanlarına diqqət yetirməli, avtomobilin sürətini azaltmalı və sərt əyləcdən istifadə etməməli olduqları bildirilib.

Həmçinin sürücülərə təhlükəsiz ara məsafəsini qorumaq tövsiyə olunub.

Qeyd olunub ki, bu qaydalara əməl edilməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

"Qəzaların baş verməməsi həm də sizdən asılıdır", - deyə mərkəzdən vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?