Modern.az

Hikmət Hacıyevdən Qafqaz Albaniyasının hökmdarı ilə bağlı paylaşım 

Hikmət Hacıyevdən Qafqaz Albaniyasının hökmdarı ilə bağlı paylaşım 

Aktual

12 Sentyabr 2026, 11:52

Prezidentin köməkçisi Hikmət Hacıyev Həsən Cəlal Dəvlanın nəslindən olan Həsən Cəlal Allahverdibəyovun məzarüstü abidəsi ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

Paylaşımda bildirilir ki, XX əsrin əvvəllərinədək sözügedən nəslin nümayəndələri öz məşhur əcdadlarının - Alban hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dəvlanın adını nəsildən-nəslə yaşadıblar.

Hikmət Hacıyev qeyd edib ki, Həsən Cəlal Allahverdibəyovun məzarüstü abidəsi əsrlər boyu davam edən tarixi varisliyin və əcdadların yaddaşının maddi sübutudur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi