Modern.az

Göygöldə sənədsiz ev söküldü - VİDEO

Göygöldə sənədsiz ev söküldü - VİDEO

Aktual

28 Sentyabr 2026, 09:36

Göygöl rayonunun Bəhrambağ qəsəbəsi ərazisində qanunsuz tikili sökülüb.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?