Modern.az

SOMDA-da “Şuşa, Sən Azadsan!” sənədli filmi nümayiş olunub

SOMDA-da “Şuşa, Sən Azadsan!” sənədli filmi nümayiş olunub

Aktual

28 Sentyabr 2026, 14:00

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) Anım Gününə həsr olunmuş tədbirlər keçirilib.

Modern.az xəbər verir ki, Agentliyin Aparatında keçirilmiş tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir çərçivəsində Agentlik rəisinin müavini, polkovnik F.İmrəliyev “Müzəffər tarixin başlanğıc günü” mövzusunda çıxış edib. Daha sonra “Şuşa, Sən Azadsan!” sənədli filmi nümayiş olunub.

Həmçinin Agentliyin regional idarələrinin hərbi qulluqçuları tərəfindən rayon və şəhərlərdə yerləşən Şəhidlər xiyabanları və şəhidlərin xatirə kompleksləri ziyarət olunub, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb. Regional idarələrin akt zallarında şəxsi heyət qarşısında Anım Gününə həsr olunmuş çıxışlar edilib.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır