Bu gün Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Üçtərəfli görüşdən əvvəl Türkiyə milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla ikitərəfli görüş keçirib.