Modern.az

Azərbaycana milyonluq qaçaqmalçılığın qarşısı alındı - VİDEO

Azərbaycana milyonluq qaçaqmalçılığın qarşısı alındı - VİDEO

Aktual

Bu gün, 11:24

Gürcüstandan Azərbaycana külli miqdarda qaçaqmalçılığın qarşısı alınıb.

Modern.az yerli mediaya istinadla bildirir ki, ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Maliyyə Nazirliyinin İstintaq Xidməti və Baş Prokurorluğun nümayəndələri ilə koordinasiyalı şəkildə əməliyyat-axtarış və kompleks istintaq tədbirləri keçiriblər. Nəticədə Gürcüstan ərazisindən aksiz markası ilə məcburi markalanmalı məhsulların, aksiz markası olmayan siqaretlərin və xüsusilə külli miqdarda bəyan edilməmiş tibbi preparatların daşınmasının qarşısı alınıb.

Müəyyən edilib ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin nəzarət zonasında Gürcüstandan Azərbaycan istiqamətində ixrac proseduru ilə hərəkət edən, şəkər yüklənmiş üç yük avtomobili olub. Səlahiyyətli şəxslər risklərin qiymətləndirilməsi və təhlili nəticəsində həmin avtomobilləri saxlayıblar.


Yük avtomobillərindən birinə ətraflı baxış zamanı bəyan edilməmiş mallar aşkarlanıb. Avtomobildə 100 min qutu “MILANO” markalı siqaret və müxtəlif adda 1 114 ədəd tibbi preparat aşkar edilib.


Bəyan edilməli olan siqaretlərin ümumi bazar dəyəri 575 min lari, dərman preparatlarının dəyəri isə 485 min laridən çox olub. Ümumilikdə bəyan edilməmiş malların ümumi dəyəri 1 milyon 60 min larini keçib.
Faktla bağlı araşdırmanı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər