“Hazırda Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı son məsələnin həllini gözləyir. Bundan sonra yekun sülh sazişinin imzalanması reallığa çevriləcək”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA Regional Forumunda çıxışı zamanı bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Qafqazda sülh və təhlükəsizlik mövcuddur:
“Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasa, regionumuzda tamamilə fərqli reallıqlar yarana bilər”.
Hikmət Hacıyev uzun illər davam etmiş Azərbaycan–Ermənistan münaqişəsinin həll olunduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan bu prosesdə strateji səbir və liderlik nümayiş etdirib.
Prezidentin köməkçisi bildirib ki, müharibədə qələbədən sonra sülhün əldə edilməsi də mühüm məsələdir. O, bu mübarizədə Prezident İlham Əliyevin strateji düşüncəsi və liderliyi sayəsində sülhə nail olunduğunu qeyd edib.