Modern.az

Qaxda 7 kq narkotik aşkarlandı

Qaxda 7 kq narkotik aşkarlandı

Aktual

2 Oktyabr 2026, 11:44

Qaxda 7 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN- mətbuat xidmətinin Şəki Regional qrupundan Modern.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə