Modern.az

Odlar Yurdu Universiteti maliyyə vəziyyətini açıqlayıb

Odlar Yurdu Universiteti maliyyə vəziyyətini açıqlayıb

Aktual

Bu gün, 13:13

Odlar Yurdu Universiteti 2025-ci ili 7,573 milyon manat xalis mənfəətlə başa vurub.

Moderna.az Universitetin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 41,8 % çoxdur.

Ötən il Odlar Yurdu Universitetinin vergiyəqədərki mənfəəti 8,321 milyon manat (əvvəlki ilə nisbətən 54,4 % çox), mənfəət vergisi ödəmələri isə 748 min manat (13,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə Odlar Yurdu Universitetinin aktivləri 12,475 milyon manat olub ki, bu da illik müqayisədə 20,1 % çoxdur. Hesabat dövründə Universitetin öhdəlikləri 26 % artaraq 2,682 milyon manata, balans kapitalı isə 18,6 % artaraq 9,793 milyon manata çatıb.

Xatırladaq ki, Odlar Yurdu Universiteti 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Universitetin rektoru Əhməd Vəliyevdir. O, vaxtilə Milli Məclisin deputatı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər