Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanında hərbi və mülki obyektlərə qarşı beş əməliyyat keçirdiyini bəyan edib. Hədəflər arasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı da olub.
Modern.az xəbər verir ki, hərəkatın hərbi qurumunun məlumatına görə, hücumlar həmçinin aşağıdakı obyektləri əhatə edib:
Abha və Xamis-Muşait bölgələrindəki radar stansiyaları;
Cizandakı neft emalı zavodu;
Əl-Haviyadakı qaz emalı obyekti;
Əş-Şaqiq və Cizandakı elektrik stansiyaları.
Husilər beş əməliyyatın hamısının qarşıya qoyulan məqsədlərə çatdığını iddia edirlər. Lakin bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Eyni zamanda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya krallığın Şərq əyaləti istiqamətində husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib.