Modern.az

Putin Qərb liderləri ilə telefon danışıqlarını davam etdirəcək

Putin Qərb liderləri ilə telefon danışıqlarını davam etdirəcək

Aktual

Bu gün, 14:49

Rusiya Prezidenti Vladimir Putin, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe birbaşa telefon əlaqələrini davam etdirmək barədə razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə Kremlin üç ölkə liderinin telefon danışığının yekunlarına dair məlumatında bildirilir.

Kremlin açıqlamasına görə, Putin Ukraynadakı münaqişə zonasında mövcud vəziyyəti qiymətləndirib və münaqişənin səbəblərindən danışıb. Rusiya lideri uzunmüddətli sülhə yalnız ölkəsinin maraqları tam və qeyd-şərtsiz nəzərə alınacağı halda nail oluna biləcəyini vurğulayıb.

Məlumatda həmçinin Avropa İttifaqı və NATO ölkələrinin siyasətinin döyüş əməliyyatlarının uzanmasına səbəb olduğu iddia edilib.

Danışıq zamanı Baltik dənizi və Şimali Avropa regionlarında təhlükəsizlik və sabitlik məsələlərinə də toxunulub. Liderlər Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə danışıqların keçirilməsi barədə razılaşmanı alqışlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...