Modern.az

Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul etdi - YENİLƏNİB 1

Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul etdi - YENİLƏNİB 1

Parlament

Bu gün, 12:00

Milli Məclis 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Bəyanat qəbul edib.

Modern.az xəbər verir ki, Bəyanatın mətnini parlamentin bugünkü plenar iclasında deputat Hikmət Babaoğlu səsləndirib.

Bəyanatda bildirilib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə xalqın, ordunun və dövlətin birliyi, Prezident İlham Əliyevin siyasi və hərbi liderliyi sayəsində mümkün olub.

Qeyd edilib ki, 2020-ci ildə əldə olunan tarixi Zəfər 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin tam bərpasına zəmin yaradıb. Vətən müharibəsində keçilməz hesab edilən müdafiə xətlərinin yarılması və noyabrın 8-də Şuşanın işğaldan azad olunması xüsusi vurğulanıb.

Bəyanatda 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmalarının əhəmiyyətinə də toxunulub. Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülh sazişinin mətninin paraflanması regionda uzunmüddətli sülhə doğru mühüm addım kimi qiymətləndirilib.

Vurğulanıb ki, davamlı sülhün təmin olunması üçün ərazi iddialarına son qoyulması, əldə edilmiş razılaşmaların yerinə yetirilməsi və düşmənçilik meyillərinin aradan qaldırılması vacibdir.

Sənəddə beynəlxalq birliyin region ölkələrinin suveren seçiminə hörmət etməsinin və birbaşa dialoqu dəstəkləməsinin zəruriliyi qeyd olunub.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına diqqət çəkilib.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

11:07

Tarixi zəfərin mahiyyəti ildən-ilə üzə çıxır.

Modern.az xəbər verir ki, bunu bugünkü plenar iclasda çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbə illər keçdikcə daha böyük ədalətin bərpasına, dövlətçiliyin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasına yol açıb. Azərbaycan ərazisində fəaliyyət göstərən kriminal xunta rejiminin varlığına son qoyulub.

Böyük səylər nəticəsində yaradılan siyasi, iqtisadi və hərbi potensial tarixi qələbədə öz təcəssümünü tapıb. BMT TŞ və digər təşkilatların kağız üzərində qalan qətnamələrinin icrası təmin edilib. Qarabağ və Şərqi Zəngəzurda qələbəmiz real məzmununu əks etdirir.

11:02

Milli Məclis 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Bəyanat qəbul edəcək.

Modern.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sizə yeni x var
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!