Modern.az

Rusiya Ukraynaya zərbələr endirib

Rusiya Ukraynaya zərbələr endirib

Dünya

Bu gün, 09:47

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa və Dnepropetrovsk vilayətlərində liman və enerji infrastrukturuna zərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin iddiasına görə, Odessa vilayətinin Kiliya limanında Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə edilən infrastruktur obyektləri vurulub.

Bundan başqa, Dnepropetrovsk vilayətində yerləşən Krivoy Roq və Pridneprovsk İstilik Elektrik Stansiyalarının da zərbələrə məruz qaldığı bildirilir.

Rusiya tərəfi hücumların Ukraynanın hərbi məqsədlər üçün istifadə etdiyi infrastruktur obyektlərinə yönəldiyini açıqlayıb.

Hücumlar nəticəsində dəymiş ziyanın miqyası və mümkün itkilərlə bağlı ətraflı məlumat verilməyib.

Ukrayna tərəfi isə noyabrın 3-nə keçən gecə Dnepr şəhərində və Krivoy Roq rayonunda kritik infrastruktur obyektlərinin Rusiya hücumlarına məruz qaldığını təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!