Modern.az

Prezident polşalı həmkarına başsağlığı verib

Prezident polşalı həmkarına başsağlığı verib

Aktual

Bu gün, 11:53

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Karol Navrotskiyə başsağlığı verib.

Modern.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram."

Sizə yeni x var
Keçid et
Paşinyan Putini dəli etdi: Türkiyəni seçdi, Kremlə "yox" dedi