Modern.az

Azərbaycan Avropa və Asiyanın incisidir - Vyetnam lideri

Azərbaycan Avropa və Asiyanın incisidir - Vyetnam lideri

Aktual

Bu gün, 15:09

Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur.

Modern.az xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda çıxışı zamanı deyib.

“Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir”, - deyə Vyetnam Prezidenti əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə