Modern.az

Rusiya - Türkiyə münaqişəsi fonunda ermənilər...

Rusiya - Türkiyə  münaqişəsi fonunda ermənilər...

Aktual

6 Dekabr 2015, 11:08

...Ermənilər yenə Rusiyanın yanındadırlar. Həmişə olduğu kimi. Gözlənilən idi.  Bu günlər Rusiyanın Türkiyəyə qarşı  apardığı  qaralama kampaniyasında Rusiyanın da  istifadə edəcəyi vasitələrdən biri Ermənistanın olacağı şübhə doğurmurdu. Rus şovinizmi Jirinovskinin dili ilə dərhal söylədi ki, Rusiya heç nəyi gözləmədən Ermənistana yardım etməlidir ki, “Qərbi Ermənistanı” (yəni Türkiyənin Şərqi Anadolu torpaqlarını...) tutsun, “Böyük Ermənistan” yaratsın və  PKK-nı da silahlandırıb Türkiyənin parçalanmasına nail olsun.  Rusiya artıq bu günlərdə boynuna alır ki,  bir zamanlar PKK-nı yaradan da odur,  ona yardım da edən odur. PKK içərisində erməni millətindən olanlarla fəxr olunur.  Demək hər kəsə aydın olmalıdır ki, bu PKK bəlasını Türkiyənin canına sırıyan keçmiş SSRİ olub. Onun stratejisi çizgilərini müəyyən edən də  SSRİ KQB-si  olub.  Rusiya kimin varisidir?  Varis isə sələfinə həddən çox bənzəyir. Dost-ortaq, qonşu-filan  tanımır.  SSRİ dağılanda Qərbdə çox böyük ümid bəsləyirdilər ki, yeni Rusiya SSRİ-yə oxşamayacaq.  Amma ölkənin başına bir sərxoşun gəlməsi ilə eski kriminal ünsürlər dövlət aparatında önəmli yerləri qarmaladılar. İndi Rusiyanın Yaxın Şərq siyasətini müəyyən edən Semyon Bağdasarov kriminal aləmin təmsilçisidir.  Belələrinin əli ilə  Rusiya kriminal aləmin bir oxşarına çevrildi. Bu kriminal ünsürlərlə baş gəlmək üçün sərxoş başla  yollar aradılar və yenə cəbr aparatı işə düşdü. Putin maneəsiz təyinat aldı. Rusiyada heç vaxt normal seçki olmayıb. Putin KQB-nin yetirdiyi şəxsdir. Əlbəttə,  Lenin, Stalinin, Beriyanın varisideyə bilmərik .  O özünəxas Lenindir, Stalindir, Beriyadır.  Və insafən hakimiyyətinin ilk illərində bir demokrat görünümündə xalqın qəlbinə də yol tapmışdı. Əvvəla rəqiblərini təmizlədi, sonra əlində böyük v bir sərvət bulundurdu.  Qeyri-adi hərəkətləri ilə diqqət çəkdi, sadəlövh insanların simpatiyasını qazandı. Rusiyada formalaşan Putinizm markzim- leninizm-stalinizmin bir başqa forması kimi təzahür etdi və Putinizmi müdafiə edən toplumun  zehniyyətində gerçəkdən Rusiyanın hamıdan böyük olması maniyası bərqərar oldu. Artıq o qonşu olkələrə dövlət kimi deyil, Rusiyaya təzim edəcək zavallılar kimi baxılmağa başladı.   Məsələn, bu zehniyyət Qazaxıstanı dövlət hesab etmirdi  və bu ifadəni həyasızcasına dilə gətirirdi.

Ötən il Ukraynadaydım. Söhbət etdiyim adamlar ruslarla eyni dili danışsalar da və eyni dini paylaşsalar da  Putinizmin nə dərəcədə acımasız olduğunu dilə gətirir və bizim təəcüübümüz qarşısında “siz onları (oxu-yəni rus şovinistlərini) tanımırsınız deyirdilər”. Mən onda artıq düşünməyə   başlayırdım ki, nədən Sovetlərin o  qayğısız zamanlarında  keçirilən hər hansı idman yarışında, futbol, xokkey və b.  matçlarda eyni soydan gəlsələr də,  eyni quruluşda , sosializmdə yaşasalar da tutalım  çexlər, polyaklar ve b.  SSRİ-yə deyil, onun rəqibinə balet edirdilər. Bu Rusyanın neçə əsrdir başqa ölkə və xalqlara qarşı  özlərinin dili ilə desək, “naxal”, heç bir haqqı oldu- olmadı   yürütdüyü siyasətin nəticəsi idi bəlkə də ...

Putin gecənin birində Ukraynaya girməyi düşünür və oranı tutur və indi Krımı itirmiş qonşu ölkə Donetskdə, Luqanskda yaralı vəziyyətdə inləməkdədir.  Rus vəhşiliyinin  sınır tanımamasını  biz də Azərbaycan olaraq 1990-nın 20 yanvarında görmüşük, amma son hadisələr göstərdi ki,  yenə də bundan nəticə çıxarmadıq. Heç indi də bütün bunların fərqində deyilik. Bir ölkədə nə qədər “rusbaşlı” olarmış...  Sovet dövlət rəhbərləri o zaman, yəni 1990-da  demişdilər ki, guya erməniləri bizim əlimizdən almağa gəliblər.  Baxın, Türkiyə ilə məlum krizis yaranan kimi Rusiya dərhal Ermənistanın yanınada olacağını bəyan etdi. Məgər biz bilmirik ki, KTMT , yəni Kollektiv Təhlükəsizlik Anlaşması Təşkilatı yaradılarkən   və  Ermənistan oraya girərkən  bu günləri düşünməmişdilər?  Çobanvarı deyirəm: Bu təşkilatın hər hansı üzvünə hücum olarsa digərləri onu onumüdafiə edəcək! Bu öhdəliyi Ermənistan da üzərinə götürdüyündən Rusiya- Türkiyə müharibəsi başlayarsa Rusiyanın müttəfiqi kimi  ErmənistanTtürkiyəylə müharibəyəyə girəcək. Əcaba, Rusiya Azərbaycana  hücum etməsi halında Türkiyənin  Azərbaycanı müdafiə etmək haqqı varmı? Yoxdur. Çünki  Türkiyə və Azərbaycan bir-biri ilə bu qədər yaxın olsalar da, “bir millət iki dövlət” sayılsalar da aralarında KTMT –a bənzər bir anlaşma  yoxdur.  Niyə yoxdur???

Bu belə... Keçək əsas məsələyə.  Rusya ilə Türkiyə arasında  gərginlik yarananda Ermənistanda əslində  çox sevindilər.  Bu, erməni mətbuatında, ictimai fikrində  açıq göründü. Təyyarə vurular -vurulmaz  Moskvadakı  Rusiya Erməniləri Birliyi başkanı Ara Abrahamyan dərhal Putinlə görüşmək üçün randevu istədi. Onların  dost olduqlarını Ermənistan mətbuatı  sıx-sıx yazmaqdadır. Hətta son zamanlar Putinin  Abrahamyanı Ermənistana yönətici olaraq hazırladığı barədə də məlumatlar dolaşır.   Putin- Abrahamyan görüşü alındı- alınmadı deyə bilmərik, amma  Rusiya Dövlət Dumasında dərhal “erməni soyqırımı” məsələsi gündəmə gəldi. Rusiya  onsuz da  bu qondarma “erməni soyqırımı” yasasını  hələ 1996-cı ildə Dumadan keçirib. Amma  bu yalanın “Fransa , İsveçrə örnəyi də var axı?” dedilər.  Yəni, “erməni soyqırımı olmamışdır “ deyənlərin qanunla cəzalandırılması məsələsi.    Ermənilər bunun parlamentdə qəbul edilməsi üçün əsil fürsətin yetişdiyini duydular və dərhal bunu gündəmə oturtdular.. Bəllidir ki, Rusiya  mətbuat- yayım kuruluşlarında ermənilər sayca çoxdurlar  və onlar bu məsələni gündəmdə tutmaq və Türkiyəyə qarşı aparılan kampaniyaların daha təsirli etmək üçün saysız- hesabsız yazılar verməyə başladılar. Bu isə  Rysiyadakı Türkiyəni sevməyən kim varsa hər kəsi bu işə cəlb etmək fəaliyyətidir, antitürk fəaliyyətidir.


Ermənistan dövlət səviyyəsində Türkiyəyə qarşı bir az ehtiyatlı davransa Ermənistanın  müdafiə naziri Seyran Ohanyan – Türkiyəni  beynəlxalq terrorizmə dəstək verən ölkə kimi qələmə verib  bu kontekstdə Türkiyənin hərəkətlərini pisləyən  bəyanat yaydı. Bu o demək idi  ki, rəsmi İrəvan Ruiyanın yanında yer almışdır və savaş halında tərəfsiz qalmayacaqdır. Üstəlik Rusiyanın Ermənistanda, Gümrü şəhərində olan 102- saylı hərbi bazası da döyüş vəziyyətinə gətirilmişdir. Ermənistan ordusu da buna paralel olaraq  manevr imkanlarını gözdən keçirdi, təlimlər başladı.  Bu hərbi bazada  5 min rus əskəri heyəti vardıır.  Bazada Ermənistan vətəndaşları, hərbi qulluqçuları da çalışır.  Bu arada Ermənistana  Rusiyadan əlavə olaraq 7 min əlavə hərbi qüvvənin və hərbi texnika , silahların   gətirilməsi və onların Ermənistanın balansında olan hərbi kazarmalarda yerləşdirilməsi göstərir ki, hərbi əməkdaşlıq  və savaş hazırlığı ən üst səviyyədədir. Burada onu da nəzərə almalıyıq ki,  Ermənistan – Türkiyə sərhədini 1991-ci ildən bəri ruslar qoruyur.  Bir neçə gün əvvəl İğdırda idim.  Burada keçirilən  beynəlxalq simpoziumun iştirakçıları ilə birlikdə  Türkiyə- Ermənistan arasında  işləməyən Əlican qapısını görməyə getdik. Qapıdan o tərəfdə Ermənistanın Markara kəndində də, bütün sınır boyu Rus bayraqları dalğalanırdı. Bunu deməkdə məqsədim odur ki, bəzi lərinin hesab etdiyi kimi  Türkiyə- Rusiya savaş sərhədləri heç də uzaqda deyildir və savaş halında Rusiya buradan Türkiyəyə hücum edəcək və buna artıq hazırlıq da görülmışdür.    Ermənistanda  bəzi politoloqlar hesab edirlər ki, bu münaqisə hərbi xarakter almayacaq. Müharibəni mən də istisna edirəm. Amma Türkiyə başbakanı Davudoğlunun Qarabağın azad olunması ilə bağlı bəyanatı onları yaman qorxutmuşdur.  Münaqişənin dərinləşməsi , regionda yeni düzənin  bərpası məsələsi ortaya çıxarkən Qarabağ məsələsinin mərkəzi planda olacağı onları ehtiyatlı addımlar atmağa məcbur edir. Əlbəttə, Rusiya- Türkiyə müharibəsinin  Ermənistana nə verəcəyi də bu ölkənin strateji araşdırma mərkzlərində analiz edilməkdədir. Amma yenə də Türkiyəyə qarşı nifrət doğru nəticə çıxarmalarına mane olur.

 Ermənilər niyə tarixdən dərs çıxartmırlar? Birinci Dünya müharibəsində də, ondan əvvəl də  onlar Rusiyanın yanında durdular. Nə qazandılar? Ermənistanın  o zamankı  baş naziri  Hovhannes Kaçaznuninin 1923-cü ildə Daşnak partiyasının Buxarestdə keçirilən qurultayına sunduğu rapotu bir daha oxumalarını, onun  etiraflarınından bir daha nəticə çıxarmalarını tövsiyə edərdim. Kaçaznuni yazırdı: 

“1914-ün payızı boyunca Qafqazda böyük bir hay-küy və böyük bir enerjiylə erməni könüllü birlikləri  yaradılmağa başlandı. (...) Qeyd-şərtsiz Rusiyaya bağlandıq…”

"Biz,  müharibəyə girməmək üçün əlimizdən gələn hər şeyi etmədik. Nəticədə müstəqil şəkildə , türklərlə ümumi dili tapmaq üçün daha çox səy  göstərməli idik.  Bax bunu etmədik. ..”

“Əsəb və qorxu içində olan bizlər günahkar axtarırdıq və bu günahkarı dərhal “Rus hökuməti və onun alçaq siyasəti” ni  müəyyən etdik. Siyasi baxımdan yetişməmiş və balanssız insanlara xas bir qarışıqlıq içində bir ucdan digərinə tərəf atəş püskürməkdəydik...”

“...Siyasi bir partiya olaraq biz, məsələmizin rusları maraqlandırmadığını və onların, lazım olduqda bizim  meyitlərimizi tapdalayaraq keçib gedə biləcəklərini unutmuşduk. (...) Rusların bizə alçaq davranması  inancı da sanki xüsusi bir təsəlli idi. Daha sonra da sırayla  fransızlara, amerikalılara, ingilislərə, gürcülərə, bolşeviklərə,  bir sözlə bütün dünyanı günahkar biləcəkdik.  Acı taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini özümüzün kənarında axtarmaq üçün ağrılı-acılı bir durum içindəyik... "

Bu fikirlər Kaçaznuninin1923-cü ildə Buxarestdə keçirilən  Daşnak Partiyasının konfransına məruzəsidir, 1927-ci ildə Tiflidə nəşr edilən və uzun müddət oxuculara  ermənilərin gizlətdiyi və Ermənistaanda oxunması yasaqlanan “Daşnaksütyunun edəcəyi bir şey yoxdur” adlı kitabından götürülmüşdür. (Ermənicəsi-  Քաչազնունի O. “Դաշնակցությունը այլևս անելիք չունի”. Թիֆլիս. Զակկնիգա, 1927. С5 12-13)

 Bəli , ermənilər tarixdən dərs çıxarmırlar. Bilməlidirlər ki, Putin həmişə olmayacaq. Gümrüdə də 102-ci baza əbədi deyil. Rusiya mütləq dağılacaq. Parçalanacaq. O zaman yenə bax belə “etiraflar” ortaya çıxacaq...  

5.12.2015

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı