Modern.az

Azərbaycanda it kişinin burnunu qopardı - Həkimlər yerinə tikdilər - FOTOLAR

Azərbaycanda it kişinin burnunu qopardı - Həkimlər yerinə tikdilər - FOTOLAR

Hadisə

31 Avqust 2026, 13:00

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) ağır travmanın aradan qaldırılması məqsədilə mürəkkəb rekonstruktiv əməliyyat icra olunub.

Modern.az-ın məlumatına görə, it dişləməsi nəticəsində burun nahiyəsində ciddi toxuma itkisi yaranan pasiyent Klinikaya  müraciət edib.

Burunun böyük hissəsinin itirilməsi ilə nəticələnən travma pasiyentin həm xarici görünüşünə, həm də burun funksiyalarına ciddi təsir göstərib. Burun strukturunun və funksiyasının bərpası üçün pasiyentə mərhələli rekonstruktiv əməliyyat tətbiq olunub.

Əməliyyat Azərbaycan Tibb Universitetinin Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə, plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.

Cərrahi müdaxilə zamanı burunun itirilmiş hissəsinin bərpası üçün müasir rekonstruktiv cərrahiyyə üsullarından istifadə edilib. Rekonstruksiya nəticəsində zədələnmiş burun toxumalarının anatomik bütövlüyünün bərpasına nail olunub.

Əməliyyatın əsas məqsədi yalnız pasiyentin xarici görünüşündə yaranmış defekti aradan qaldırmaq deyil, eyni zamanda burunun funksional imkanlarını da mümkün qədər bərpa etmək olub.






 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...