Modern.az

ABŞ-dan Rusiyaya müsbət SİQNAL: “Sanksiyaları bu il ləğv edə bilərik”

ABŞ-dan Rusiyaya müsbət SİQNAL: “Sanksiyaları bu il ləğv edə bilərik”

Aktual

16 Yanvar 2016, 11:05


ABŞ Ukraynadakı münaqişəyə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bu il ləğv edə bilər.

Modern.az saytı xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin koordinatoru Deniel Frid məlumat verib. Frid bunun üçün Moskvanın Minsk razılaşmalarının şərtlərinə əməl etməli olduğunu deyib.

“Minsk razılaşmalarının şərtləri icra olunan kimi, yəni – Donbasda seçkilərin keçirilməsi, hərbi əməliyyatların dayandırılması və Ukraynanın şərq sərhədlərində nəzarəti bərpa etməsindən sonra sanksiyalar ləğv olunacaq. Sanksiyaların 2016-cı ildə ləğv olunması da istisna deyil”.

Deniel Frid Rusiyanın məsələyə konsteruktiv yanaşdığını vurğulayıb və məsələni diplomatik yolla qısa müddətdə həll edə biləcəklərini deyib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı