Modern.az

Jurnalist Səbuhi Məmmədli vəfat etdi 

Jurnalist Səbuhi Məmmədli vəfat etdi 

Allah rəhmət eləsi̇n

17 Yanvar 2024, 07:06

Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.

 

Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.

 

Daha öncə jurnalist səhhəti ilə əlaqədar Yeni Klinikaya köçürülmüşdü. O, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alırdı.

 

Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib.

 

Səbuhi Məmmədli 10 ildən çox "Lent.az" saytında çalışıb.

 

Allah rəhmət eləsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı