Modern.az

BAMF-ın gənc fotoqrafı vəfat edib

BAMF-ın gənc fotoqrafı vəfat edib

Allah rəhmət eləsi̇n

12 Sentyabr 2024, 10:40

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) fotoqrafı Samir Sadıqov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə BAMF-ın sədri Ümud Mirzəyev bildirib:

“İki gün öncə - 10 sentyabrda səhər erkən saatlarında BAMF-ın əməkdaşı Samir Sadıqovla baglı üzücü xəbər aldım. O, bizi qəfil, özü də cox gənc yaşlarında tərk etdi. Hələ də özümə gələ bilmirəm, icim-cölüm sızlayır. BAMF-ın bütün komandası sarsılıb. Cünki Samir bizim üçün təkcə həmkar, əməkdaş deyildi, o, həm də dost-qardaş idi. Ona Allahdan rəhmət diləyir, bir daha yaxınlarına, ailə üzvlərinə dərindən başsaglıgı verirəm”.

Mərhumun ölüm səbəbi açıqlanmayıb.

Allah rəhmət eləsin.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır