29 Sentyabr 2016, 10:13 | Ana Səhifə - Yazılar - Şəhid sayılmayır
Şəhid sayılmayır

Qabil



Şəhid sayılmayır

Gün vuran əsgər,

Şəhid sayılmayır

Don vuran əsgər.

Şəhid sayılmayır –

Qoy hamı bilsin!

Qoy gül balaların

Anası ölsün!

 

Məgər kef-damaqda

Gün vurdu onu?

Məgər qarlı dağda

Don vurdu onu?

Məgər turist idi,

Nəydi bu uşaq, –

İşi dağı-daşı

Boş-boş dolanmaq?!

 

Şəhidlik zirvəsi

Qanlı döyüşdə –

Əlbəttə!

Vətən uğrundakı

Şanlı döyüşdə –

Əlbəttə!

Bəs bərkə, bəs boşa

Salan təlimlər

Çevrilib olmalı

Müdhiş zülümlər?

Dözümün həddi var –

İnsan-insandır;

Həddinsə həddini

Aşmaq yamandır.

 

Əsgər döyüşlərə

Qanadlanmalı, –

Yoxsa gün altında

Bişib yanmalı?..

 

Əsgəri Vətənə

Verir əmanət

Ata-analar.

Vətən də əsgərə

Versin zəmanət,

Versin iqtidar.

Hər zabit cənab

Qoy versin cavab.

 

Əsgərə deməyin:

– Vəfat eylədi! –

Onu gün vuranda,

Don vuranda da –

Öz şəhidliyini

İsbat eylədi.

Başına ildırım

Şaxıyanda da,

Üstünə quzğunlar

Şığıyanda da.

 

Şəhidlik qanunu

Nədən ibarət?

Torpağa, bayrağa,

Xalqa sədaqət!

Adı bir, şəkli min.

Qəhrəmanlığın

Daş-tərəzisimi,

Arşınımı var? –

Deyin! Axı deyin, –

Qəhrəmanlığın?!

 

Şəhid sayılmayır

Hər ölən əsgər,

Şəhidlik meyarı –

Döyüş və səngər.

Səngərə, döyüşə

Gedən yolları

Əsgər tabutları

Bağlayır axı;

Nakam ömürlərin

Nakam baharı

Vallah, ürəkləri

Dağlayır axı.

 

Əsgər çayda batır –

Şəhid sayılmır.

Qasırğada itir –

Şəhid sayılmır.

Əsgər özbaşına

Batmayıb axı,

Əsgər özbaşına

İtməyib axı.

 

Bəs döyüş təlimi

Döyüş deyilmi?

Düşmənin üstünə

Yürüş deyilmi?

Əsgər çimərlikdə

Boğulmayıb ki...

Hərami düzündə,

Murov dağında

Səngərsiz ölməkçin

Doğulmayıb ki...

 

Əndazə verilir

Köçkün-qaçqına

Bir əsgər təlimdə

Düşür uçquna.

– Şəhid oldu! – demir,

– Öldü! – deyirik.

– Tabutu hörmətlə

Gəldi – deyirik.

Gəldi öz evinə,

Öz ünvanına.

Ananın cırılır

Siri-sifəti,

Atanın qolları

Düşür yanına.

Ay ananız ölsün,

Adsız igidlər!

Dad-ləzzət görməyən

Sütülcə əsgər.

 

Hələ də titrəyir

Daşkəsəndəki

Əsgərlər gömülən

Torpağın təki...

Bəlkə lap hələ də

Uşaqlar diri, –

Şəhid sayılmayır

Fəqət heç biri.

Şəhid sayılmayır

Hər ölən əsgər, –

Vətən çağrışına

Hər gələn əsgər.

 

28.07.2002

 

 

 

GÜN O GÜN OLMAYACAQ...

 

Nə qədər ki,

Gic-gic şe`r yazırsan sən,

Qardaşının,

Yoldaşının,

Sirdaşının,

Soydaşının

Ayağının altını

Qazırsan sən,

Gün o gün olmayacaq!

 

Pəhləvan da bizim övlad,

Nə olar, qoy çıxarsın ad, –

Ancaq bu gün

Nə qədər ki,

Döşək üstdə,

Xalça üstdə

Güləşinlə öyünürsən, –

Nə qədər ki,

Ekrandakı

Guya müdrik

Gülməcənlə,

Əslən təlxək hırıltınla,

Gülüşünlə öyünürsən –

Gün o gün olmayacaq!

 

Nə qədər ki,

Erməninin qarasınca

Qarı kimi deyinirsən,

Nə qədər ki,

Lap xırda bir toplantıda coşub-daşır,–

Sözdə-sovda

Qəzəbdən don geyinirsən,

Boğazına güc verirsən,

Qoluna yox;

Nə qədər ki,

Millət çıxmır,

Cürət çıxmır,

Qeyrət çıxmır

Ölüm-dirim yoluna, yox,

Gün o gün olmayacaq!

 

 

 

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26 Xalq artisti illər sonra Şuşadan paylaşım etdi 14 May 2021, 14:11 Tramp mitinqə hazırlaşır 14 May 2021, 14:09 İranda daha 202 nəfər koronavirusdan ölüb 14 May 2021, 13:56 Pikassonun şah əsəri 103,4 milyon dollara satıldı 14 May 2021, 13:51 Zabrat şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb 14 May 2021, 13:33