7 Oktyabr 2016, 13:38 | Ana Səhifə - Yazılar - Mənə hörmət eləyirlər
Mənə hörmət eləyirlər

Hidayət ELVÜSAL


Belə-belə işlər

 

Sağ olsunlar, vallah heç bilmirəm onların xəcalətindən necə çıxım. O gün yenə xəbər yayıldı ki, dollar qalxır. Deməli, bahalıq olacaq. Ciblərimi eşələdim, gördüm pulum çatsa-çatsa yumurtaya çatar. Və fikirləşdim neçə ki, ucuzdur beş-on dənəsini alım.

Mağazaya getdim. Deyəsən bu bahalaşma söhbətini eşidənlər çox idi. Əməlli-başlı növbə yaranmışdı. Bir az keçmişdi ki, xəbər mağazaya da yayıldı. Satıcı mədəni surətdi dedi ki, bağışlayın, yumurta qurtardı. Amma mən səbirsizlik elədim və səsimi atdım başıma:

- Necə yəni qurtardı? Piştaxtanın altı doludur. Odey… görürəm.

İki nəfər çox böyük hörmətlə qolumdan yapışıb məni atdılar bayıra. Biri daha çox hörmət göstərib arxamdan təpik də ilişdirdi:

- Get, atdan, alə!

Üst-başımı təmizləyib, ayağa qalxdım və yenidən cumdum mağazaya. Bir polis nəzakətlə qolumu burub arxamda saxladı:

- Xuliqanlıq eləyirsən?

- Mən xuliqanlıq eləmirəm, yumurta istəyirəm.

- Toyuqlar yumurtadan kəsilib, qədeş. Qısır qalıblar.

Dartınıb polisin əlindən çıxmaq istəyəndə hörmətlə qulağımın dibinə bir şapalaq çəkib dedi:

- Gedək otdeleniyaya.

Getmək istəmədim. Amma polis əziyyət çəkib məni sürüyə-sürüyə gətirdi şöbəyə.

- Belə… - deyə növbətçi məni başdan-ayağa süzdü,- Ə, donqili, lotuluq eləyirsən, hi?

- Mən lotu deyiləm, müəllim, yumurta istəyirəm. Barmağını şişirdi:

- Ala da bə! Xoşuna gəlir?

- Bu nədi?

- Yumurta!

- Bu… yumurta  deyil axı…

- Ə, bu qurunpet nə danışır ə, hi?

- Vallah, yumurta deyil.

Növbətçi   həmin «yumurtanı» hörmətlə çənəmə ilişdirdi. Səndələsəm də yıxılmadım. Hörmət əlaməti olaraq birini də ilşidirdi:

- Yumurta! Yox bir, sərçə qatığı. Rədd ol! Bir də xuliqanlıq eləmə!

Məni atdılar bayıra. Taksi əylədib evə gəldim. Düşəndə bir manat da artıq verdim. Sürücü hörmətlə yapışdı pencəyimin ətəyindən:

- Adə, maygülü, bu nədi? Mən dilənçi-zadam səninçün?

- Qardaş…

- Nə qardaş, alə, iki də qoy üstünə!

Qoydum. Amma evə qalxa bilmədim. Başım bərk ağrıyırdı. Birtəhər yaxınlıqdakı poliklinikaya getdim. İçəri girən kimi sarışın qadın üz-gözünü turşutdu:

- Poliklinika zakrıta!

- Başım ağrıyır.

Sarışın qadın:

- Başqa balit? Mala nada pit, - deyə özünü əsdirə-əsdirə məni danladı.

- Əşi, mən içən deyiləm!

- Jal. Srazu vidna. İdi, milinkiy, idi. İdi damoy, uje pozdna – deyib məni hörmətlə çıxardı bayıra.

Hələ başqa-başqa yerlərdə də çoxlu başqa-başqa hörmətlər görmüşəm və danışmaqla qurtaran deyil. Belə mədəni, hörmətcil, qayğıkeş adamları gördükcə ürəyim açılır. Qoy neyləyirlər eləsinlər. Amma belə hörmətlə eləsinlər. Sağ olsunlar, allahçünə elə belə də olur – mənə də, başqalarına da çox böyük hörmət eləyirlər.

Çünki adam balasıdırlar, mədənidirlər…

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Tokio-2020”: Çin liderliyini davam etdirir   1 Avqust 2021, 18:48 Yel qayadan heç nə aparmaz 1 Avqust 2021, 18:33 “Yaponiyaya çempionluq üçün getmişdim” - Cüdoçumuz 1 Avqust 2021, 18:29 Özbəkistan latın əlifbasına keçdi     1 Avqust 2021, 18:19 Polisi döyən deputat üzr istədi: “Səhv etmişəm”   1 Avqust 2021, 17:53 Türkiyədə yanğında ölənlərin sayı artdı - FOTO   1 Avqust 2021, 17:51 Komitə sədri: “Parlament uğurla fəaliyyətini davam etdirir”   1 Avqust 2021, 17:50 FHN Marmarisdə yanğınların qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25