Modern.az

Millimizin rəqibləri müəyyənləşib

Millimizin rəqibləri müəyyənləşib

İdman

Bu gün, 20:07

19 yaşadək futzalçılar arasında keçiriləcək AÇ-2027-nin əsas mərhələsinin püşkü atılıb.

Bu barədə Modern.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib. Yığma 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.

Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər