Modern.az

BP-nin təhsilə və elmə töhfələri, dəstəyi çox böyükdür - Rektor

BP-nin təhsilə və elmə töhfələri, dəstəyi çox böyükdür - Rektor

Təhsil

Bu gün, 18:20

Azərbaycan Memarlıq və İnşaat Universitetində binaların və qurğuların seysmik dayanıqlığının ölçülməsi laboratoriyasının açılışı keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova laboratoriyanın həm tədris, həm də elmi-tədqiqat baxımından əhəmiyyətli olduğunu bildirib.

Rektor qeyd edib ki, laboratoriya müasir avadanlıqlarla təchiz olunub və müxtəlif obyektlərin zəlzələyə davamlılığının qiymətləndirilməsinə imkan verəcək:

“Qurğuların, obyektlərin zəlzələyə davamlılıq səviyyəsini ölçmək üçün çox əhəmiyyətli bir laboratoriyadır. Laboratoriyanın həm tədris üçün böyük əhəmiyyəti var. Çünki tələbələrimiz burada öyrənəcəklər, mühəndislərimiz praktiki biliklər əldə edəcəklər. Digər tərəfdən, elmi tədqiqatlar üçün də böyük əhəmiyyəti var. Çünki laboratoriya müasir avadanlıqlarla təchiz edilib və praktiki əhəmiyyəti böyükdür. Faktiki olaraq, şəhərimizdə olan bütün hündür binaların, böyük qurğuların, o cümlədən dənizdə olan qurğuların nə dərəcədə zəlzələyə davamlı olduğu, konstruksiyaların aşınıb-aşınmadığı, onların bugünkü vəziyyətinin necə olduğu ilə bağlı suallara cavab verməyə imkan verir. Xüsusən də binaların zəlzələyə davamlılıq nöqteyi-nəzərindən diaqnostikası üçün bu laboratoriyanın əhəmiyyəti böyükdür. Ona görə də düşünürəm ki, çox əhəmiyyətli bir işdir".

O, əlavə edib ki, bu, ilk laboratoriya deyil:

"Amma qeyd etmək istəyirəm ki, bu, BP-nin universitetimizdə açdığı ilk laboratoriya deyil. Artıq altıncı, yeddinci laboratoriyadır ki, onların dəstəyi ilə universitetimizdə yaradılır. Ümumiyyətlə, BP-nin təhsilə və elmə töhfələri, dəstəyi çox böyükdür. Biz çox minnətdarıq ki, onlar universitetimizə diqqət yetirirlər”.

Nicat Rüstəmzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər