21Oktyabr | Ana Səhifə - Yazılar - Varlı təbəqənin dadına çatmaq...
Varlı təbəqənin dadına çatmaq...

Vəfa Allahverdiyeva 

 

Mozalan satirik kino- jurnalında məktəbəqədər təhsil sferasını rüsvay  edən maraqlı bir epizod var: bağçanın heyətinə aid işçi  körpələrin payını açıq-aşkaranə oğurlayır, qazandakı bir tikə ətə çox komik bir səhnə yaradaraq tamah salır.

Bu fraqment sovet dönəminin qüsurlarını tənqid edirdi, üstəlik sovet ideologiyası demokratiya anlayışının şüurlarda mövcud olmadığı bir şəraitdə  belə mədəni oğurluğu çılpaq şəkildə efirə gətirməyə imkan verirdi.

Çağdaş demokratiyanın hüdudsuzluğu iddia edilən bir zamanda məhz elə bu sahənin özü ilə bağlı kifayət qədər özbaşınalıqları, veriləcək qərarlardakı ədalətsizliyi açıb ortaya tökməyə, gərək cəsarət haqqında düşünməyəsən.

O yandan bu yana dəyişən bir şey yoxdur: uşağın qidasını oğurlamaq bir yana, yaxşı şəraitə, xidmətə ayrılan dövlət vəsaitləri də yeyilir. Elə buna görə də uzun illər Təhsil Nazirliyi ilə rayon icra hakimiyyətləri bu sahə uğrunda aparılan savaşı, bu mənfəəti bölüb qurtara bilmirlər.  

Vəsaitlərin yeyilməsi də bir yana, bağçanın pedaqoji heyətinin gözü ilmi-daim valideynin əlindədir. Heç bu da yeni məsələ deyil deyə, üst-üstə bütün naqisliklərin hamısını bir kənara qoyaq.

 

Məktəbəqədər təhsillə bağlı yeni siyasətin ortaya atılması bu sahədə bəlanın ən böyüyü olacaq.  Söhbət bu müəssisələrin özəlləşdirilməsindən və yeni qiymət təkliflərindən  gedir.

Məsələnin zahiri, nəzəri  tərəfində, əlbəttə ki, anormal və ziyanlı bir şey yoxdur: bazar iqtisadiyyatı, kapitalist münasibətlər sistemi idarəetməni bu formada tələb edir. Kim istəməz ki, uşaq dəbdəbəli, təmiz, isti, səviyyəli yerə girib-çıxsın.

Amma məsələnin görünməyən, praktiki qatlarında aztəminatlı kateqoriyanı əzən, çətin durumda saxlayan bir mənzərə var.  

Uşaq bağçalarından kimlər istifadə edir?

Kefindən yox, ailənin maddi təminatını axsatmaq istəməyən, ciddi işləmək ehtiyacı daşıyan ailələr.     

Varlılar, onsuz da keçmiş əyyamlardan ta bu günə kimi savadlı dayələrdən və sanballı təhsil müəssisələrindən yararlanıb. Onların nəinki dəbdəbəli bağçalarda gün keçirməyə imkanları, hətta komfort nəqliyyatla gəlib-getməyə şansları var.    

Bağçalar imkansız kateqoriya üçün uşağın intellektual yetişdirilməsi ünvanından daha çox saxlanma, pis-yaxşı bəslənmə ünvanı kimi cəlbedicidir.

Onsuz da saxlanma ilə hazırlanma məsələləri bir-birindən ayrılıb:  hazırlıq funksiyasını mükəmməl yerinə yetirən bağça-məktəblər çoxdan özəl struktur kimi fəaliyyət göstərir və 120 manat minimum məbləğı təşkil edir ki, aşağı qiymət şkalasından yuxarı qiymətlərə qədər burada heç də hər kəsin iştirakı mümkün deyil.

İmkansız təbəqə bu sahənin əsasən, saxlanma xidmətindən yararlana bilir. Həm də ayda 20-30 manat normal qiymətlə dövlət  xidmətindən istifadə sosial təbəqənin gəlirlərinə adekvatlıq təşkil edir.  

Bəs, özəlləşdirmə və yeni qiymət siyasətindən sonra hansı vəziyyət ortaya çıxacaq?

Əgər Azərbaycanda bütün qadınlar millət vəkili, müdirə, həkim...olsaydı,

parlamentarilərə tələffüz edilməsi asan olan 500 manatlıq bağçaya yüyürə-yüyürə getmək olardı. Nə acı ki, real maddi gəlir bu rəqəmlə çox ciddi ziddiyyət təşkil edir.

Gənc ailələrin xanımları böyük statistika tərəfindən baxanda, sanballı iş-gücün sahibi deyillər, ya da ümumiyyətlə işsizdirlər, kişiyə məxsus real iş yeri də sosial yükün çəkilməsi öhdəsindən gələ bilmir.    

 Hazırda parlament komissiyasında müzakirə edilən aidiyyatı qanunun tətbiqi tədricən zəfləyən sosial dövlət anlayışının bir qədər də zəifləməsi demək olacaq, çünki dövlət bağçası aztəminatlı ailənin qolundan yapışmayanda, ailə sahibləri üçün,  ya işi atıb uşağı tutmaq, ya da uşağı atıb işi tutmaq kimi çətin bir dilemma yaradır.

İşin itirilməsi ilin-günün bu vaxtında nə deməkdir, sözlə ifadəsi belə çətindir.

Azyaşlıları Allah ümidinə buraxmaq nə deməkdir-bunu hər gün qarşımıza çıxan diqqətsizlik ucbatından uşaq ölümləri, nəzarətsizlikdən meydana gələn xəstəliklər və bünövrəsi düzgün qoyulmayan uşaqların səbəb olduğu cinayətlər sübut edir.

Bu, cəmiyyətdəki hər xoşagəlməz olayın bağçaların üzərinə yıxılması deyil, sadəcə, uşağa baxılma, müəyyən bir aralıq zamanda ata və ananın rolunu əvəzləyən humanitar  ünvanın aşağı sosial kəsimin əlindən çıxması ilə cəmiyyətdə pis olaylar seriyasının uzanmasına olacaq təsirin narahatçılığıdır.

Bağlı qapı arxasında tək qalan uşaqlar iddia edilən fikirlərə əsaslı isbatdır. Burada artıq uşaq hüquqlarının pozulması kimi ciddi bir problem də meydana gəlir.     

Dövlətin öhdəsində məhdud saxlanacaq uşaq saxlanma müəssisələri hamının dadına çata bilməz. Özəlləşməyə yönələn maraqsa varlı təbəqəyə hesablanıb və onların mənafeyini əlverişli şəkildə ifadə edir.

Başqa sözlə, dayələrin, özəl hazırlıq kurslarının rollarını bölüşən özəlləşməyə hazırlanan, komfort şəraitli, par-par parıldayan bağçalar yalnız varlı təbəqənin dadına çata biləcək.    

Bahalı bağça, həm də yüksək vergi deməkdir. Vergini bu yolla əldə etməyi planlayarkən, özəlləşmə ilə dövlətin yükünü yüngülləşdirərkən, qapıda necə ağır sosial-ictimai, bir-birinin qarşılıqlı əlaqəsi olan  bəlaların  dayandığını da, gərək gözardı etməyəsən...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47 II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi - FOTOLAR 14 Noyabr 2019, 23:30 Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı 14 Noyabr 2019, 23:14 Parlamentin binası qarşısında çadırlar qurulur 14 Noyabr 2019, 22:59 Bakıda ata və oğlu bıçaqlandı 14 Noyabr 2019, 22:46 İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu 14 Noyabr 2019, 22:28 3552 məhbus əfv edildi 14 Noyabr 2019, 22:13 Xarici İşlər Nazirliyi azərbaycanlıların Almaniyada həbsi barədə... 14 Noyabr 2019, 21:53 Məktəbdə silahlı insident 14 Noyabr 2019, 21:41 Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib 14 Noyabr 2019, 21:24 Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 "Qardaşım çirkin oyunun iştirakçısı deyil" - Şahbaz Xuduoğlu 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgəsində məktəblilər üçün təlimlər keçiriləcək - FOTO 14 Noyabr 2019, 17:46