Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində oktyabrın 5-də hərbi hissələrdə aparılan iş və hərbi intizamın gücləndirilməsi məsələlərinə həsr olunmuş videokonfrans formatında müşavirə keçirilib.
Modern.az xəbər verir ki, tədbirə Ermənistanın müdafiə naziri Suren Papikyan sədrlik edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən yerli KİV-ə bildirilib ki, müşavirədə hərbi hissələrdə hərbi intizamın gücləndirilməsi, nizamnamədənkənar münasibətlərin qarşısının alınması və aradan qaldırılması məqsədilə görülən tədbirlər müzakirə olunub.
Görüşdə həmçinin digər cari məsələlərə baxılıb.
Müşavirənin yekununda müdafiə naziri məsul struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.