Modern.az

Kadırov 50 yaşında yenidən Çeçenistan rəhbəri oldu - And içdi

Kadırov 50 yaşında yenidən Çeçenistan rəhbəri oldu - And içdi

Dünya

Bu gün, 14:14

Ramzan Kadırovun Çeçenistan rəhbəri vəzifəsinə inauqurasiya mərasimi Qroznıda keçirilib.

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Vahid Rusiya” partiyasının namizədi olan Ramzan Kadırov sentyabrda keçirilən seçkilərdə 99,85 faiz səs toplayaraq qalib gəlib. Bu nəticə onun 2016 və 2021-ci illərdəki seçkilərdə əldə etdiyi göstəricilərdən yüksəkdir.

Kadırov mərasim keçirilən zala oğlu, respublika rəhbərinin köməkçisi və Təhlükəsizlik Şurasının katibi Adam Kadırovla birlikdə daxil olub. Onların hər ikisi milli geyimdə olub.

Ramzan Kadırov andiçmə mərasimində bildirib:

“Çeçenistan Respublikasının rəhbəri səlahiyyətlərini həyata keçirərkən vətəndaşların hüquq və azadlıqlarına hörmət edəcəyimə və onları qoruyacağıma, Rusiya Federasiyasının Konstitusiyasına riayət edəcəyimə, Çeçenistan Respublikasının Konstitusiyasına əməl edəcəyimə və onu qoruyacağıma, çoxmillətli xalqa sədaqətlə xidmət edəcəyimə and içirəm”.

Qeyd edək ki, Kadırov respublika rəhbəri vəzifəsinə rəsmi olaraq 50 yaşını qeyd etdiyi gün başlayıb. O, andı həm rus, həm də çeçen dillərində içib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?