Modern.az

Heydər Əliyevin büstünü zədələyən erməni məhkəməyə çıxarılacaq

Heydər Əliyevin büstünü zədələyən erməni məhkəməyə çıxarılacaq

Hadisə

Bu gün, 12:45

Tbilisidə Azərbaycanın ümummili lideri Heydər Əliyevin büstünün zədələnməsi ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası noyabrın 12-nə təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə hadisəni törətməkdə təqdsirləndirilən erməni əsilli şəxsin vəkili Teona Peradze bildirib.

Məlumata görə, 40 yaşlı Ermənistan vətəndaşı sentyabrın sonundan etibarən Tbilisidəki 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona Gürcüstan Cinayət Məcəlləsinin əmlaka zərər vurma məsuliyyətini nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs hazırda həbsdədir və iş üzrə istintaq davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?