Modern.az

Məktəblərdə sıfırıncı siniflər yaradılacaq

Məktəblərdə sıfırıncı siniflər yaradılacaq

3 Sentyabr 2009, 17:02

Milli Məclisdə qəbul olunan «Təhsil haqqında» Qanuna görə,  5 yaşina qədər uşaqlar icbari təhsilə cəlb olunmalıdır. Gerçəklik isə ondan ibarətdir ki, ölkədə uşaq bağçaları baxça yaşlı uşaqların hamısını qəbul etmək gücündə deyil. Hazırda Bakıda əksər  bağçalar uşaq qəbulunu dayandırıb. Bəs uşaqların taleyi necə olacaq?

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Təhsil İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Modern.az-a bildirib ki, Milli Məclisdə qəbul olunan qanun öz təsdiqini taparsa, 5 yaşlı uşaqların bağçaya getməsi vacib deyil, ölkənin 5 yaşlıları icbari təhsilə cəlb olunacaq: “Yəni onlar məcburi şəkildə məktəbə getməli, təhsil prosesinə cəlb olunmalıdırlar. Bu uşaqlar məktəbdə təlim keçə bilərlər. 5 yaşlı uşaqların hamısının bağçaya getməsi qeyri-mümkündür”.

Z.Əliqızı bildirib ki, Bakıda mövcud olan bağçaların uşaq tutumu 27 minə yaxındır: “Ancaq Bakıda tək 5 yaşlılar 30 minə yaxındır. Bütün bağçaları boşaldıb 5 yaşlıları qəbul etsək belə, buna yerimiz çatmaz. Ona görə də onlar məktəbdə təhsil almalıdırlar. Məktəblərdə sıfırıncı siniflər yaradılacaq və bu uşaqlar məcburi şəkildə orda təhsil alacaq. Bundan sonra uşaq bağçalarında vakant yerlər olacaq. Qanun qüvvəyə  mindikdən sonra əhali arasında maarifləndirmə işləri aparılacaq”.

                               

 Günay MUSAYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir