Modern.az

Teatr mövsümünün açılışına region teatrları dəvət olunmayıb

 Teatr mövsümünün açılışına region teatrları dəvət olunmayıb

4 Sentyabr 2009, 13:15

 Sentyabr ayının 15-də Gənc Tamaşaçılar Teatrının qarşısında 137-ci teatr mövsümünün açılışı olacaq. Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov Modern.az saytına  bildirib ki, bütün dövlət teatr kollektivlərinin iştirak edəcəyi açılış tədbirində təntənəli konsert proqramı düzənlənəcək: “Teatr mövsümünün açılışında  Gənc Tamaşaçılar teatrının hansı tamaşa ilə iştirak edəcəyi isə məlum deyil. Hazırda teatrımızda “ Şeyx Sənan” tamaşasının  məşqləri gedir. Hər hansı bir tamaşadan səhnə göstəriləcək”.
Mədəniyyət və Turizm Nazirliyinin teatr şöbəsindən bildiriblər ki,  teatr mövsümünün açılışı ənənəvi tədbirdir: “Bu tədbir həm də Gənc Tamaşaçılar teatrının yeni təmir olunması ilə bağlıdır. Böyük konsert proqramının olacağı gözlənilir”.
 Nazirlik rəsmisi bildirib ki, region teatrları açılış mərasimində iştirak etməyəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi