23 Noyabr 2016, 16:17 | Ana Səhifə - Yazılar - Ağ eləyirsiz, əfəndilər
Ağ eləyirsiz, əfəndilər

Hidayət ELVÜSAL

 

AKP-nın şəriət qanunları ilə idarə olunacaq dövlət qurmaq təşəbbüsü tam  sürətlə davam edir.  Bu dəfə iqtidarda olan bu partiya ağ elədi. Cinsi istismara məruz qalanlara ikinci zərbə vurdu – onlar səbəbkarla evlənərlərsə bu iş bağlanar. Yəni zorakı yolla 10-12 yaşlı bir qız uşağını istismara məruz qoyan 4.000 adam həbsdən azad olunar.

Bu, Millət Məclisində müzakirəyə çıxarılan qanun layihəsinin yumuşaldılmış versiyasıdır. Əslində isə qanun qəbul edilərsə azyaşlı qızların kütləvi şəkildə evləndirilməsi, «uşaq gəlinlər» ordusunun çoxalması deməkdir. Buraya birbaşa  olmasa da dolayısı yolla təcavüz edənlər də daxil edilə bilərlər. Əgər onlar zorladıqları qızla evlənərlərsə, həbsə girməzlər. Neçə gündür Türkiyənin və bütün dünyanın gündəlikdən düşməyən məsələ budur.

Çox haqlı bir sual meydana çıxır – əgər azyaşlı qız 4-5 nəfərin cinsi istismarına məruz qalıbsa, problem necə həll olunacaq? Belə çıxır ki, həmin o 4-5 nəfərdən biri qızla evlənərsə, həm özünü, həm də digərlərini həbsdən azad etmiş  olacaq.

Ən dəhşətlisi də budur ki, qanun layihəsi hökumət tərəfindən ciddi-cəhdlə müdafiə olunur. Ədliyyə naziri «bu əvvəlki illərə aiddir» deyir. Baş nazir Binəli İldırımın «indi bir uşaq da var, qadın əlacsız, «əri» həbsdə», deyə layihəni müdafiə etməyə çalışır. Digər AKP-çilərin də əksəriyyəti əlbəttə, bu fikirdədir.

Ədliyyə naziri Bəkir Bozdağı başa düşürük. İmam nigahı tərəfdarıdır və bir vaxtlar bunu həyata keçirib.  Yəni  bir kənd camisinin imamı olanda, bu işlə məşğul olub. Baş naziri heç cür başa düşmürük. Həyat yoldaşı səhv etmirəmsə ibtidai sinif müəllimidir. Onunla bu barədə heç danışıbmı?

Danışsa nə olacaq? Belə şeylər Ərdoğanın izni  olmadan gündəmə gətirilə bilməz. AKP-nin  vəzifəsi  onu müdafiə etmək, həyata keçirməkdir.

Bu qanun layihəsi şübhəsiz yeni fəsadlar törədəcək. Hər gün, az qala hər gün ölkədə qadın cinayəti baş verir.  Ər arvadını qətlə yetirir, ya da kimsə sevdiyi qızı, qadını. Dəhşətli zorlamalar qeydə alınır. Əksər hallarda zorakılığa məruz qalmış gənc qızlar öldürülür.

Utanc verən başqa problemlər də var. Türkiyədə  9-12 yaş arasında olan 90000-ə (doxsan min) yaxın qız uşağı cinsi təcavüzə məruz qalıb. Bunların 30000-i (otuz min) İstanbuldadır. Kim tərəfindən bilirsinizmi?

Sizə rəsmi statistikanı çatdırırıq - 1- öz atası tərəfindən. 2- qardaşı tərəfindən. 3- əmisi tərəfindən. 4- dayısı tərəfindən. 5- yaxın əqrabası tərəfindən. 6- az-az, təsadüfi başqaları tərəfindən.

İndi nə olacaq? Ata, yaxud, qardaş, əmi, dayı… həbsdən qurtarmaq üçün qızı ilə, bacısı ilə… evlənəcək? Onsuz da «gözəl-göyçək» bir maddə düzəltmisiz – 104-cü maddədir səhv etmirəmsə. Bu maddəyə görə əgər qız şikayət etmirsə, kimsə həbs oluna bilməz. Amma bu da keçərli deyilmiş. Həbsə alınanlar varmış. Görünür cinayət məcəlləsində  bu maddəni keçərsiz edən digərləri də var ki, onu bilmirik.

Beləliklə, Türkiyə cümhuriyyət fəlsəfəsində sürətlə uzaqlaşaraq, Qətər, Səudiyyə Ərəbistanı tipli dövlət qurmaq yoluna çıxarılıb. Əlbəttə, bütün bunların başında Rəcəb Tayyib Ərdoğan dayanıb. Utopik islamçılardan ibarət olan AKP-çilər isə onun dayaqlarıdır.

İndi ölkənin çox yerində ərəbcə reklamlar, adlar gözə dəyir. İmam-xətib məktəbləri artdıqca artır. Təriqətlər göbələk kimi çoxalır. Elə kənd var ki, onun əhalisi 2 yox, 3 yerə bölünüb. Hər təriqətin bir camisi var. Və o camilərin minbərləri başqa-başqa boyalarla rənglənib. O boyalar altında neçə-neçə qız uşağının kəbni kəsilir. Hər təriqət öz «adəti» ilə. Bəziləri də utanıb-qızarmadan televiziya ekranlarına çıxıb «Bu İslamın qanunudur. 12-13 yaşında qızlar evlənməlidir» deyir. Beləsinə diqqətlə baxırsan – üz-gözündən oğraşdıq, şərəfsizlik yağır. Və bunların hamısı – AKP-çidir. O AKP-çilər ki, aralarında kifayət qədər fətullahçı var. Yəni «Eyni mənzilə müxtəlif yollarla»…

 P.S. AKP hələlik bu qanun layihəsini geri çəkib, komissiyaların müzakirəsinə verdi. Əlbəttə, yenidən gündəmə gətirmək üçün.

P.S.S. Mən Türkiyədən kifayət qədər, silsilə yazılar yazmışam. O yazıların nə qədər real, düzgün olduğunu indi daha aydın görürəm. Və o yazıların  altına öz imzamı daha yüz dəfə qoyuram.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?