Modern.az

PUA arxasınca düşən hərbçi qəza törətdi

PUA arxasınca düşən hərbçi qəza törətdi

Dünya

Bu gün, 18:11

Moldovada sərxoş hərbçi dron axtarışı zamanı xidməti avtomobili kommunikasiya dirəyinə çırpıb. Alkotest yoxlaması 24 yaşlı çavuşun nəfəsindəki spirt səviyyəsinin litrə görə 0,99 milliqram olduğunu göstərib.

Modern.az xarici KİV-ə istinadla bildirir ki, hadisə ölkənin şimalındakı Otaci şəhərində baş verib. Orduya məxsus "Ford" markalı avtomobili idarə edən hərbi qulluqçu nəqliyyat vasitəsinə nəzarəti itirərək rabitə dirəyinə çırpılıb. Xəsarət alan olmayıb, lakin avtomobil yoldan çıxıb və ciddi mexaniki zədə alıb.

Naməlum hava obyektinin aşkar edilməsindən sonra dronun axtarışına başlanılıb. Sentyabrın 21-nə keçən gecə radar sistemləri Ukraynanın Vinnitsa vilayətindən gələn dronu izləyib. Hava hədəfi Dondyuşeni və Briçeni rayonlarının üzərindən keçərək Tabani kəndi yaxınlığında gözdən itib.

Moldova Müdafiə Nazirliyi aydınlıq gətirib ki, insident yüksək hazırlıq vəziyyəti fonunda baş verib.

Təhlükəsizlik məqsədilə səlahiyyətli orqanlar ölkənin şimalında mülki aviasiya uçuşlarına 24 dəqiqəlik müvəqqəti qadağa qoyublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı