Modern.az

Millət vəkillərinə ev paylanıb

Millət vəkillərinə ev paylanıb

7 Sentyabr 2009, 10:54

Qırxa yaxın millət vəkili bi neçə ay öncə yeni mənzillə təmin olunub. Mənzillər deputatlara onların rəsmi şəkildə müraciətindən sonra paylanıb. Mənzil alan deputatlar sırasında Pənah Hüseyn istisna olmaqla bütün müxalifətçi deputatlar da var. Modern.az-ın araşdırması zamanı məlum olub ki, deputat Pənah Hüseyn hökumətdən mənzil almaqdan könüllü imtina edib. O, beşotaqlı evinin olduğunu və yeni mənzilə ehtiyacının olmadığını  bildirib.
Araşdırmamız nəticəsində öyrəndik ki, mənzillərin paylanması prosesindən narazı qalan deputat yalnız Nəsib Nəsibli olub. Bütün deputat həmkarları 3 və 4 otaqlı mənzillə təmin olunsalar da, cənab Nəsibliyə 2 otaqlı mənzil verilib.
Ev alan deputatların siyahısı genişdir. Bu sırada müxalifətçilərlə yanaşı, digər deputatlar-Azay Quliyev, Eyvaz Qurbanov, Əhəd Abiyev, Əkrəm Abdullayev, Həvva Məmmədova və başqaları da var.
Millət vəkili Aynur Quliyeva Modern.az saytına bildirib ki, mənzil məsələsi ilə bağli həmkarları arasında heç bir narazılıq olmayıb: “Kim mənzil istədisə, ona mənzil verildi. Bakıda mənzil almaq mənim üçün əlçatmaz idi. Deputatlıqdan əvvəl jurnalist işləmişəm. Azərbaycanda isə jurnalist olub mənzil almaq mümkün deyil. Ancaq deputat olandan sonra bu məsələyə ümidim artdı. Bir gün eşitdim ki, Prezident mənzili olmayan deputatlara ev verib. Mən də Prezidentə müraciət etdim və müsbət cavab aldım. Hətta deputatlar arasında təkrar mənzil alanlar da oldu”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi