Modern.az

Neft daşlarında qanvermə

Neft daşlarında qanvermə

8 Sentyabr 2009, 13:49

Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə 3-5 sentyabr aralığında Neft daşlarında könüllü qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aksiya zamanı 360 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü