Modern.az

Süni intellektin inkişafını yavaşlatmaq lazımdır - ​ÇAĞIRIŞ

Süni intellektin inkişafını yavaşlatmaq lazımdır - ​ÇAĞIRIŞ

Aktual

Bu gün, 20:37

"Anthropic" şirkətinin ( ABŞ-də fəaliyyət göstərən süni intellekt şirkəti - red.) rəhbəri Dario Amodei təhlükəsizlik səbəbilə daha güclü süni intellekt modellərinin hazırlanmasının sürətinin azaldılmasına çağırıb.
Modern.az xəbər verir ki, Amodei bildirib ki, bu ilin yayından etibarən süni intellekt sahəsində inkişaf əhəmiyyətli dərəcədə sürətlənib.

Onun sözlərinə görə, bu tendensiya təhlükəsizliklə bağlı narahatlıqları artırır.
"Anthropic" rəhbərini həmçinin OpenAI-nin süni intellekt agentlərinin maşın öyrənməsi platforması Hugging Face-ə hücum etməsi və platformanın sındırılması narahat edir.
Amodei bu risklərin qarşısını almaq üçün inkişafın müəyyən qədər məhdudlaşdırılmasını nəzərdə tutan plan təklif edib. Plana təhlükəsizlik tədbirlərinə əməl olunmasının, modellərin təlim proseslərinin davamlı yoxlanılması və süni intellekt sahəsində beynəlxalq koordinasiyanın gücləndirilməsi daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi