“Fiorentina”nın argentinalı futbolçusu Franko Mastantuono Lionel Messiyə məxsus rekordu yeniləyib.
Modern.az xəbər verir ki, 19 yaşlı hücumçu A Seriyasının 4-cü turunda “Venesiya” ilə qarşılaşmada (4:2) het-trik müəllifi olub.
Bununla Mastantuono Avropanın “Böyük beşlik” ölkələrinin çempionatlarında bir oyunda 3 qol vuran ən gənc argentinalı futbolçu adına sahib çıxıb. O, bu göstəriciyə 19 yaş 28 günündə nail olub.
Futbolçu bu uğuru Messidən 231 gün daha erkən reallaşdırıb. Lionel Messi klub karyerasında ilk het-trikini 2007-ci il martın 10-da “Barselona”nın heyətində “Real”a qarşı matçda edib. O eyni zamanda “Fiorentina” tarixində A Seriyasında het-trik edən ən gənc futbolçu kimi də tarixə düşüb.