Modern.az

Layihəsi qəbul olunmuş KIV-lər üçün təlimlər başladı

 Layihəsi qəbul olunmuş KIV-lər üçün təlimlər başladı

Media

9 Sentyabr 2009, 13:48

Bu gündən etibarən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu layihəsi qəbul olunmuş mətbuat orqanları üçün təlimlərə başlayıb. Təlimlər iki davam edəcək. Bu barədə Modern.az-a Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondundan məlumat verilib. Məlumata görə, layihə idarəçiliyilə bağlı keçirilən təlimlərin birinci günündə qəzetlərin layihə koordinatorları iştirak edir. İkinci gündə isə koordinatorlarla yanaşı mühasiblər də təlimlərə qatılacaq. Qeyd edək ki, daha sonra layihəsi qəbul edilmiş agentliklər və jurnalist təşkilatları üçün də təlimlər təşkil olunacaq. Təlimlərin keçirilməsində məqsəd layihə koordinatorlarını proqamın hansı istiqamətədə həyata keçirilməsi ilə tanış etməkdir. Təlimləri Milli QHT Forumunun idarə heyətinin sədri Aydın Kərimov və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aygün Atabəyli aparır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir