15 mart 2017, 15:32 | Ana Səhifə - Yazılar - “Muğam Televiziya Müsabiqəsi - 2017” - Böyük Sənətə doğru yürüş
“Muğam Televiziya Müsabiqəsi - 2017” - Böyük Sənətə doğru yürüş

Akif Cabbarlı



Martın 14-ü, ilimizin axırıncı çərşənbəsi, milli bayramımız olaraq həm də muğam dünyasına açılan pəncərədən ürkək-ürkək boylanan gənclərimizin növbəti dəfə korifey sənətkarların “tərəzisindən” keçmələri ilə əlamətdar oldu. Beynəlxalq Muğam Mərkəzinin yaraşıqlı salonu həmin gün yenə də Böyük Sənətə gəlmək arzusunda olan cavan ifaçıların, onları dinləyib, layiqli qiymətlərini verən ustadların və yüzlərlə muğamsevərin ixtiyarına verilmişdi.

Sayca altıncı olan Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir. Ötən müsabiqələrin uğurları göz qabağındadır. Olduqca gərgin keçən, sevinc və bir az da kədərdən doğan göz yaşları ilə süslənən, orijinal prinsipləri, spesifik xüsusiyyətləri ilə seçilən muğam yarışmasının nəticələri özünü ilk baxışda məhz onda göstərir ki, ruhlanaq, qürurlanaq və fəxr edək ki, xalqımızın milli sərvəti yeni-yeni naxışlarla zənginləşməkdə, muğam aləmi təzə-tər nəfəslərlə dolğunlaşmaqdadır. Heydər Əliyev Fondunun milli mədəniyyət nümunələrimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirdiyi uğurlu layihələr muğam sənətinin də inkişafına yeni töhfələr verməkdədir. Bu isə ilk növbədə gənclərin muğama həvəsinin artması, qədimdən-qədim musiqimizə gənc istedadların hesabına yeni, müasir ab-hava gəlməsi ilə müşayiət olunur.

Seçim turuna fevralın 17-da yekun vurulub və respublikanın müxtəlif bölgələrini təmsil edən 20 gənc müsabiqəyə vəsiqə qazanıb. Bu gənclər xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” Telekanalının direktor müavini, Əməkdar incəsənət xadimi Nadir Axundov kimi muğam bilicilərinin qarşısında imtahana çəkiləcək, öz yaradıcılıq imkanlarını nümayiş etdirəcək. Təbii ki, salonda əyləşmiş tanınmış sənət adamlarının, muğam həvəskarlarının da ifalara həssas münasibəti, səslənən alqışlar bu gənclərin nəyə qadir olduqlarının əyani təsdiqi kimi yozulmalıdır.


Yarışmaların ilk günü sərgilənən bir qədirbilənlik nümunəsi toplaşanların hamısını kövrəltdi, hər kəsə nostalji hisslər yaşatdı. Mərhum xalq artisti, ustad sənətkar Ağaxan Abdullayevin ötən müsabiqənin yekununda söylədiyi vida sözləri, daha sonra ifasında səslənən muğam tamaşaçıları gəlimli-gedimli dünyanın sirli-soraqlı, ecazkar olayları ilə üz-üzə, göz-gözə qoydu. Hər kəs bir daha ürəyində yəqinləşdirdi ki, insanlar gedəridir, qalan isə ölməz ifalar, xoş, yaddaqalan ifadələr, xatirələrdir.

Bəli, altıncı müsabiqəyə start verildi. Muğam yarışmasında iştirak edənlərin bulaq suyu kimi saf, bakirə sədaları ölkəmizin hər yerinə, dünyanın onlarla ölkəsinə yayıldı. İzləyicilər Azərbaycanın səsinə, nəfəsinə yenə də heyran oldular. Bu missiyanı isə özəlliklə Ana Televiziyamız – AzTV böyük ustalıqla, əsl professionallıqla yerinə yetirdi. Yaradıcı heyətin bütün üzvləri yayım prosesinin öhdəsindən həmişə olduğu kimi layiqincə gəldilər.

Muğam sənətimizə yeni nəfəs qatmaq arzusunda olanlara qarşıdakı çətin və məsuliyyətli yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayırıq.



Qeyd: Foto Rafiq Salmanovundur.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44 Çempion səfərdə uduzdu 20 Yanvar 2021, 00:33 Hamilə qadın bətnindəki uşağı koronavirusa yoluxdurub 20 Yanvar 2021, 00:17 20 Yanvar faciəsindən 31 il ötür 20 Yanvar 2021, 00:01 “İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden 19 Yanvar 2021, 23:47 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - QAYDALAR 19 Yanvar 2021, 23:36 Teledərslərin yanvarın 20-nə olan CƏDVƏLİ 19 Yanvar 2021, 23:25 ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi 19 Yanvar 2021, 23:16 Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı 19 Yanvar 2021, 23:01 İlham Əliyevdən 20 Yanvar paylaşımı - FOTO 19 Yanvar 2021, 22:46 “Ermənistan hakimiyyəti dəyişməlidir” - Ohanyan 19 Yanvar 2021, 22:37 Bu ölkədə küçəyə çıxmaq qadağan edildi 19 Yanvar 2021, 22:23 Komitə sədri şəhid ataları ilə görüşdü - FOTO 19 Yanvar 2021, 22:14 Pakistanda 20 Yanvar şəhidlərinə həsr olunmuş videokonfrans - FOTO 19 Yanvar 2021, 22:03 ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi 19 Yanvar 2021, 21:50 Ermənistanın növbəti dezinformasiyaları 19 Yanvar 2021, 21:38 Avropa Parlamentində Qarabağdakı müharibə müzakirəyə çıxarıldı 19 Yanvar 2021, 21:22 Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ 19 Yanvar 2021, 21:08 Qarabağda 210 mina zərərsizləşdirildi - VİDEO 19 Yanvar 2021, 20:54 Çempionlar Liqasının növbəti finalı Sankt-Peterburqda keçiriləcək 19 Yanvar 2021, 20:42 Azadlığın doğum günü 19 Yanvar 2021, 20:34 Çavuşoğlu Zəriflə müzakirələr apardı 19 Yanvar 2021, 20:26 Rayonlara qar, Bakıya sulu qar yağdı - FAKTİKİ HAVA 19 Yanvar 2021, 20:15 İnam Kərimov onlayn müşavirə keçirdi - FOTO 19 Yanvar 2021, 20:11 Trampın adı sanksiyalar siyahısında 19 Yanvar 2021, 20:03 Xaçmazdakı Şəhidlər Xiyabanı əsaslı təmirdən sonra istifadəyə verildi - FOTOLAR 19 Yanvar 2021, 19:55 Kiçik Dəhnənin möhtəşəm xiyabanı - FOTOLAR 19 Yanvar 2021, 19:48 Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı oldu 19 Yanvar 2021, 19:40 Dillər Universitetində seminar keçirilib 19 Yanvar 2021, 19:32 Azərbaycanın bölgələrində də vaksinasiya başladı 19 Yanvar 2021, 19:25 Şeyxin müraciətinə Vatikandan cavab gəldi 19 Yanvar 2021, 19:18 BNA-də müharibədən qayıdan əməkdaşlarla görüş keçirilib 19 Yanvar 2021, 19:10