24 mart 2017, 23:07 | Ana Səhifə - Yazılar - Aprel şəhidinin ailəsini sıxışdıran icra nümayəndəsi, SƏN KİMSƏN?!
Aprel şəhidinin ailəsini sıxışdıran icra nümayəndəsi, SƏN KİMSƏN?!

Aida Eyvazlı


Mart ayının 22-si şəhid Seymur Baxışovun həyat yoldaşı Aynurə xanım  günorta saatlarında telefonuma təlaşla zəng vurub dedi ki, ötən ilin aprel döyüşləində şəhid olmuş əri, MAXE Seymur Baxışovun xatirə lövhəsini yaşadıqları 4-cu mikrorayon, 24 saylı binanın üzərinə vurmaq istəyərkən,  Sumqayıt şəhər icra hakimiyyətindən 4 maşın dolu kişi onların başının üstünü kəsdirərək, təcili surətdə işi dayandırmağı, xatirə lövhəsinin həmin binadan vurulmasının qanunazidd hərəkət olduğunu deyiblər. Və bu dörd maşındakı 10 nəfərdən artıq kişi, qadınların üzərinə qarğa-quzgun kimi hücum çəkiblər. Tələb ediblər ki, binanın qarşısında apardıqları işi təcili dayandırsaınlar. Və deyiblər ki, bu lövhə binanı uçura bilər, texniki qayadalara uyğun gəlmir, binaın bir tərəfinin əyilməsinə gətirib çıxaracaq...
Qadın onlardan soruşur ki, bəs binaların alt və üst qatlarında bu qədər artırmalar,  layihələri pozub mağaza, salon, gəlirli obyektlər tikənlər şəhərin gözəlliyini, binaların  görüntüsünü pozmurmu... O tikintilər binaları təhlükəyə salmırmi?!  Kimdir ki, o gəlinin dediyini eşidən. Burada İvan Krılovun “Qurd və quzu” təmsilini xatırladım.   Təbii ki, telefonda ağlaya-ağlaya bu hadisəni mənə danışan dul qalan gəlinin hansı hallar keçirdiyini təsəvvür etmək çətin deyil.  Mən ƏRİ Vətən uğrunda döyüşdə həlak olub, Azərbaycana “Qalibiyyət” adlı misilsiz şərəf gətirən dul gəlindən soruşdum ki, niyə bu haqda vaxtında Sumqayıt şəhər icra hakimiyyətinə müraciət etməyiblər. Gəlin dedi ki, icra hakimiyyətinə bu sualla müraciət etsələr  də, qapıda gözləsələr  də onları qəbul edən olmayıb.  İndi isə öz hesablarına binanın yan divarını aqlay daşlarla suvayaraq, üzərinə bir xatirə lövhəsi vuranda qəzəbə gəliblər. Jurnalistləri köməyə çağırırdı, əlimdə Aprel döyüşləri haqqında kitab çap prosesində olduğundan, bu mühüm işi yarımçıq qoyub Sumqayıta gedə bilmədim. Naəlac qalan gəlin, şəhid ailələrinin problemi ilə bağlı, görüşlərin birində ona telefon nömrəsi vermiş, şəxsə zəng vurur. Həmin şəxs gəlini dinləyən kimi, Sumqayıtın aidiyyatı orqanlarına ya xəbərdarlıqmı edir, ya göstərişmi verir, nə olursa, bayaq şir-nər kimi üç qadının üstünə tökülüşən icra hümayəndələri quzuya dönürlər... Və bir anın içərisində “mələksimalı, xeyirxah” bəndələrə  dönüb, Baxışovlar ailəsinin qulluğunda hazır olduqlarını deyirlər. Hadisənin sonu yaxşılıqla bitir. Yalnız yuxarıdan olan göstərişdən sonra, əmrə hazır “şiri-nərlər”  geri çəkilərək, vətənimizə QALİBİYYƏT şərəfi gətirən, ölümündən sonra 17 gün  tabutunu  gözlədiyimiz Seymur Baxışovun  bu məhəllədə doğulub, bu evdə yaşamasını bildirən  lövhəni binaya vururlar. Yaxşı ki, sonu belə qurtardı. Ən azı, bu binaın qarşısından keçən insanlar oxuyacaqlar, unutmayacaqlar, soruşacaqlar, o günümüzün Qəhrəmanlıq xatirəsini yaşadan bir lövhə həmişə diqqət mərkəzində olacaq.

Bu gün xəbər saytlarından oxudum ki, Elçin Zahiroğlu ermənilərin Azərbaycan bazarına mal çıxardıqlarının üstünü açıb və bunu sübut edəndən sonra, onun üzərinə hücuma keçənlər olub, onu şər-böhtan atmada günahlandırıblar. Lakin Elçin Zahiroğlunun əlindəki “Made in ARMENİA” yazılan faktı kimsə incələmək istəmir ki, ay dadi bidad bu  torpaqlarımızın 20 faizini işğalda saxlayan, 25 ildir ki, insanlarımızı, arzularımızı məhv edən ermənilərin Azərbaycan bazarına yol açmasına  kim  imkan yaradıb? Bunun bir tərəfi də axı bizim ölkəmizin təhlükəsizliyinə təhlükə gətirir. Mən heç inanmaq istməirəm ki, OVS mağazalar şəbəkəsində Elçin Zahiroğlunun şəkil çəkdiyi məqamın görüntüsünü götürmək bu qədər çətin ola bilər? Yəni OVS mağazalar şəbəkəsini idarə edənlər, dövlətimizdən güclüdürlər?!  Mən inanmaq istəyirəm ki, bizim təhlükəsizlik, hüquq mühafizə orqanları sistemində hələ Vətən qeyrəti çəkən, şəhidlərimizin qanını almaq istəyən zabitlərimiz var. Və onlar, Azərbaycana ermənilərin istehsal etdiyi və ya, ermənilərin marağına uyğun olaraq Azərbaycan bazarına üzərində hərbi naxışlar olan malların kimlər tərəfindən gətirildiyini mütləq aşkar edərək, ictimaiyyətə xəbər verəcəklər. Vətənin bu müqəddəs savaşaında mücadilələr etdiyimiz halda, öz ciblərini, erməni qohumlarını düşünərək, Azərbaycana onların ticari sistemlərini yeridənlərin cəzasını verəcəklər.  Biz bu torpaqlar uğrunda qan tökmüşük,can vermişik...

Bu hadisədən narahatlığımı, nahaqdan dul qalmış bir şəhid gəlininin başına gətirilənlə başlamadım... Yəni bunu xatırlatmaq lazımdırmı ki,  o Seymuru da, Raqufu da, Əbsdülməcidi də... bu günə qədər minlərlə insanımızı ermənilər öldürüblər.  Niyə bizim bütün  “boz işlərimiz”  satışdan gedir? Nə zamana qədər satacağıq... dövlətin içərisində nə zamana qqədər  sadə insanlarla alqı-satqı oyunu edəcəksiniz? Niyə bir şəhid ailəsinə bir xatirə lövhəsi vurmağa, ailəsini dolandırmaq üçün bir balaca mal tövləsi tikməyə, çadırdan çıxıb 5 sot yerdə ev tikib balalarını başına yığmağa torpaq vermirik, vəzifəli məmurların isə imartlərinin  sahəsi yüzlərlə kvadratmetr ,hasarlarının hündürlüyü artıq 7-8 metrə çatır... Ancaq o hasarların ətrafından aprel döyüşlərində ataları, qardaşları, oğulları həlak olanlar da keçir... Unutmayın ki, Azərbaycan prezidenti İlham Əliyev bizim Qalibiyyət savaşımızı qiymətləndirərək, Aprel döyüşlərində həlak olan oğullarımıza və həmin döyüşlərdə iştirak edənlərə  yüksək dəyər verdi. Lütfən, bunu unutmayın!!!

MÜƏLLİFİN DİGƏR YAZILARI
İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01 Azərbaycan Ordusu “OSA” zenit-raket komplekslərini İŞƏ SALDI - VİDEO 16 Oktyabr 2021, 12:52 Rusiyada 1 gündə mindən çox insan koronavirusdan öldü 16 Oktyabr 2021, 12:40 Vətəndaşın 4 min manatını mənimsəyən “falçı” saxlanıldı 16 Oktyabr 2021, 12:30 Bazar günü hava necə olacaq? 16 Oktyabr 2021, 12:20