Modern.az

Qeyri-neft-qaz ixracı iki dəfə artıb

Qeyri-neft-qaz ixracı iki dəfə artıb

İqtisadiyyat

Bu gün, 12:13

Azərbaycanın qeyri-neft-qaz məhsullarının ixracında əhəmiyyətli artım qeydə alınıb.

Modern.az xəbər verir ki, 2026-cı ilin yanvar–iyul aylarında qeyri-neft-qaz ixracının dəyəri 5 milyard 933,2 milyon dollara çatıb.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 2,8 dəfə, real ifadədə isə 2 dəfə çoxdur.

Ümumi ixracın həcmi 20 milyard 136,7 milyon dollar təşkil edib. İxrac nominal ifadədə 39,1 faiz, real ifadədə isə 11,2 faiz artıb.

Qeyri-neft-qaz ixracındakı yüksək artımda qızıl satışının kəskin çoxalması əsas rol oynayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...